Mərkəzi Bankın İdarə Heyəti iyulun 29-da uçot dərəcəsini 7,75 faiz səviyyəsində saxlamaq qərarı verib. Novator.az bildirir ki, bu hədd martın 18-dən qüvvədədir.
Uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsidir.
2022-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi üzrə daha 3 qərarı gözlənir. Tarixlər belə sıralanır: 16 sentyabr, 28 oktyabr, 16 dekabr.