• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukraynalı yaralılar Pentaqonun hospitalında müalicə olunacaq

  • 28 İyul 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynanın yaralı hərbçilərinə tibbi yardım göstərilməsi planını rəsmən təsdiqləyib. Xəbəri “Reuters” agentliyi yayıb.

Novator.az bildirir ki, agentlik xəbəri Pentaqondakı mənbələrdən aldığını qeyd edib.

Xəbərə əsasən, Rusiya-Ukrayna müharibəsində yaralanmış ukraynalı hərbçilər ABŞ Müdafiə Nazirliyinin Almaniyanın Landştul şəhərindəki Regional Tibb Mərkəzində müalicə olunacaqlar.

Landştul şəhəri Almaniyanın Ramştayn şəhəri yaxınlığında yerləşir. Ramştayn şəhərində ABŞ Hərbi Hava Qüvvələrinin böyük aviasiya bazası var.

Landştuldakı Regional Tibb  Mərkəzi ABŞ-ın öz sərhədlərindən kənarda ən iri hərbi hospitallarından biridir.

Adının çəkilməsini istəməyən Pentaqon təmsilçisi “Reuters”ə deyib ki, plan təsdiqlənsə də, hələlik Landştuldakı tibb mərkəzinə heç bir ukraynalı hərbçi gətirilməyib.

Pentaqonun nümayəndəsi onu da əlavə edib ki, Amerika ordusu yaralı hərbçilərin mərkəzə çatdırılması üçün Ukrayna ərazisindən çıxarılması prosesində iştirak etməyəcək. Yəni Amerika ordusu yaralıları götürmək üçün Ukrayna ərazisinə daxil olmayacaq.

Ukraynada müharibə beş aydan artıqdır davam edir. Bu vaxtadək Ukraynanın neçə hərbçisinin yaralandığı bilinmir.

İyun ayında Ukrayna hökuməti bəyan edib ki, hər gün döyüşlərdə 100-200 nəfər ukraynalı hərbçi həlak olur.

“Reuters” Ukraynanın yaralı hərbçilərinin başqa ölkələrdə, məsələn, qonşu Polşada müalicə alıb-almadığının da bəlli olmadığını qeyd edir.

Mənbə: Reuters.com

Sirr olmayan durum

  • 28 İyul 2022
  • comments

Əfqan Muxtarlı ilə söhbət

  • 28 İyul 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Ordu
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda