Mərkəzi Seçki Komissiyası seçki dairələrinin sərhədləri üzrə komissiyanı yeniləyib. İyulun 26-da verilən qərara görə, komissiyaya Rövzət Qasımov (Mərkəzi Seçki Komissiyası sədrinin müavini) sədrlik edir. Üzvlər belə müəyyənləşib: Ramiz İbrahimov, Qabil Orucov, Nailə Əsgərova, Almas Qəhrəmanlı, İlkin Şahbazov (Mərkəzi Seçki Komissiyasının üzvləri), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.
Novator.az-ın əldə etdiyi məlumata əsasən, yekunda bir çox dairənin yenidən qurulması, dairələrin ikidən çox inzibati ərazini birləşdirməsinin aradan qaldırılması istisna olunmur.
Azərbaycanda 125 seçki dairəsi var. Onların 87-si bir rayon və şəhər üzrə qurulub:
2 saylı Şərur dairəsi
4 saylı Naxçıvan şəhər dairəsi
8 saylı Binəqədi dairəsi
9 saylı Binəqədi dairəsi
10 saylı Binəqədi dairəsi
11 saylı Qaradağ dairəsi
14 saylı Xəzər dairəsi
15 saylı Yasamal dairəsi
16 saylı Yasamal dairəsi
17 saylı Yasamal dairəsi
19 saylı Nərimanov dairəsi
20 saylı Nərimanov dairəsi
21 saylı Nəsimi dairəsi
22 saylı Nəsimi dairəsi
24 saylı Nizami dairəsi
25 saylı Nizami dairəsi
26 saylı Sabunçu dairəsi
27 saylı Sabunçu dairəsi
28 saylı Sabunçu dairəsi
29 saylı Səbail dairəsi
30 saylı Suraxanı dairəsi
31 saylı Suraxanı dairəsi
32 saylı Suraxanı dairəsi
33 saylı Xətai dairəsi
34 saylı Xətai dairəsi
35 saylı Xətai dairəsi
36 saylı Xətai dairəsi
37 saylı Nizami (Gəncə) dairəsi
38 saylı Nizami (Gəncə) dairəsi
39 saylı Kəpəz (Gəncə) dairəsi
40 saylı Kəpəz (Gəncə) dairəsi
41 saylı Sumqayıt dairəsi
42 saylı Sumqayıt dairəsi
43 saylı Sumqayıt dairəsi
45 saylı Abşeron dairəsi
46 saylı Şirvan dairəsi
47 saylı Mingəçevir dairəsi
48 saylı Yevlax dairəsi
51 saylı Qusar dairəsi
52 saylı Quba dairəsi
55 saylı Xaçmaz şəhər dairəsi
56 saylı Xaçmaz kənd dairəsi
57 saylı Kürdəmir dairəsi
59 saylı Salyan dairəsi
61 saylı Neftçala dairəsi
62 saylı Saatlı dairəsi
63 saylı Sabirabad dairəsi
64 saylı Sabirabad dairəsi
66 saylı Biləsuvar dairəsi
67 saylı Cəlilabad şəhər dairəsi
68 saylı Cəlilabad kənd dairəsi
70 saylı Masallı şəhər dairəsi
71 saylı Masallı kənd dairəsi
73 saylı Lənkəran şəhər dairəsi
74 saylı Lənkəran kənd dairəsi
77 saylı Astara dairəsi
78 saylı Lerik dairəsi
79 saylı İmişli dairəsi
81 saylı Beyləqan dairəsi
82 saylı Ağcabədi dairəsi
84 saylı Füzuli dairəsi
85 saylı Şamaxı dairəsi
86 saylı İsmayıllı dairəsi
88 saylı Göyçay dairəsi
90 saylı Ağdaş dairəsi
91 saylı Ucar dairəsi
93 saylı Bərdə şəhər dairəsi
94 saylı Bərdə kənd dairəsi
95 saylı Tərtər dairəsi
98 saylı Şəmkir şəhər dairəsi
99 saylı Şəmkir kənd dairəsi
103 saylı Gədəbəy dairəsi
105 saylı Tovuz dairəsi
107 saylı Qazax dairəsi
108 saylı Ağstafa dairəsi
109 saylı Balakən dairəsi
110 saylı Zaqatala dairəsi
112 saylı Qax dairəsi
113 saylı Şəki şəhər dairəsi
114 saylı Şəki kənd dairəsi
115 saylı Şəki kənd dairəsi
116 saylı Qəbələ dairəsi
118 saylı Ağdam şəhər dairəsi
119 saylı Ağdam kənd dairəsi
121 saylı Laçın dairəsi
122 saylı Xankəndi dairəsi
123 saylı Kəlbəcər dairəsi.
2022-ci il aprelin 2-də Gəncə şəhərinin inzibati ərazi bölgüsündə dəyişiklik qanunu qüvvəyə minib, şəhərin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilib.
31 dairədə iki inzibati ərazi vahidi yer alır:
1 saylı Şərur-Sədərək dairəsi
5 saylı Şahbuz-Babək dairəsi
6 saylı Culfa-Babək dairəsi
7 saylı Ordubad-Culfa dairəsi
13 saylı Xəzər-Pirallahı dairəsi
18 saylı Nərimanov-Nizami dairəsi
23 saylı Nəsimi-Səbail dairəsi
44 saylı Sumqayıt-Xızı dairəsi
49 saylı Yevlax-Mingəçevir dairəsi
50 saylı Abşeron-Qobustan dairəsi
53 saylı Quba-Qusar dairəsi
54 saylı Şabran-Siyəzən dairəsi
58 saylı Hacıqabul-Kürdəmir dairəsi
60 saylı Salyan-Neftçala dairəsi
72 saylı Yardımlı-Masallı dairəsi
75 saylı Lənkəran-Masallı dairəsi
76 saylı Lənkəran-Astara dairəsi
80 saylı İmişli-Beyləqan dairəsi
83 saylı Ağcabədi-Füzuli dairəsi
87 saylı Ağsu-İsmayıllı dairəsi
89 saylı Göyçay-Ağdaş dairəsi
92 saylı Zərdab-Ucar dairəsi
96 saylı Goranboy-Naftalan dairəsi
100 saylı Şəmkir-Daşkəsən dairəsi
101 saylı Göygöl-Daşkəsən dairəsi
102 saylı Samux-Şəmkir dairəsi
104 saylı Gədəbəy-Tovuz dairəsi
111 saylı Zaqatala-Balakən dairəsi
117 saylı Oğuz-Qəbələ dairəsi
120 saylı Cəbrayıl-Qubadlı dairəsi
125 saylı Zəngilan-Qubadlı dairəsi.
7 dairə ikidən çox inzibati ərazini əhatə edir:
3 saylı Babək-Kəngərli-Naxçıvan dairəsi
12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsi
65 saylı Saatlı-Sabirabad-Kürdəmir dairəsi
69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsi
97 saylı Goranboy-Ağdam-Tərtər dairəsi
106 saylı Tovuz-Qazax-Ağstafa dairəsi
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairəsi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası elan olunandan bəri Azərbaycanda 6 referendum (1-i dövlət müstəqilliyi haqda konstitusiya aktının təsdiqi, 1-i prezidentə etimad məsələsi, 1-i konstitusiyanın qəbulu, 3-ü konstitusiyaya əlavə və dəyişikliklər barədə), 19 seçki (8 prezident seçkisi, 6 parlament seçkisi, 5 bələdiyyə seçkiləri) keçirilib.