• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oğurluğa işarə

  • 27 İyul 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci il hesabatı, eyni zamanda xarici qiymətləndiricinin apardığı maliyyə diaqnostikası bir çox qaranlıq məqama işıq salıb: “Şirkətə yeni rəhbərliyin gətirilməsi 2021-ci ildə şişirdilmiş xərclərin optimallaşdırılmasına və qənaətə şərait yaradıb. 2021-ci ildə təkcə əməliyyat xərcləri 2020-ci ilə nisbətən 663 milyon manat azalıb. 2020-ci ildə əməliyyat xərci 4 milyard 576 milyon manat, 2021-ci ildə 3 milyard 913 milyon manat göstərilib.

2021-ci ildə SOCAR-ın inzibati xərclərinə 2020-ci illə müqayisədə 27 milyon manat qənaət edilib. 2020-ci ildə SOCAR-ın ümumi və inzibati xərcləri 1 milyard 483 milyon manat, 2021-ci ildə 1 milyard 456 milyon manat olub.

2021-ci ildə “digər xərclər” maddəsində 2020-ci ilə nisbətən 735 milyon manat azalma rəsmiləşib. 2020-ci ildə SOCAR-da “digər xərclər” 1 milyard 930 milyon manat olduğu halda 2021-ci ildə bu göstərici 1 milyard 195 milyon manat təşkil edib.

Bir il ərzində SOCAR-da üç xərc maddəsindən əldə olunan qənaət 1 milyard 425 milyon manatdır. Bu məbləğ xərclərin şişirdilməsindən SOCAR-a 15 ildən çox prezidentlik etmiş Rövnəq Abdullayevin və onun komandasının qazancının bir hissəsi deməkdir. Belə hallar on illərdir xeyli dövlət şirkətində, o sıradan “Azərsu”, “Azərenerji”, “Azərişıq”, “Azərbaycan Hava Yolları” şirkətlərində adiləşib”.

SOCAR Azərbaycanda və xaricdə neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını həyata keçirir. Qurum 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 2021-ci ildə SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.

2022-ci il fevralın 10-da Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib. Rövnəq Abdullayev bu postu 2005-ci ildən tutub, hazırda iqtisadiyyat nazirinin müavinidir.

2022-ci il iyulun 21-də Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin olunub. Rövşən Nəcəf 2022-ci il fevralın 10-dan şirkətin birinci vitse-prezidenti, prezident vəzifəsinin icraçısı idi.

Müsavat başqanının müşavirinə cəza

  • 27 İyul 2022
  • comments

Əfqan Muxtarlının oğurlandığı etiraf olunur

  • 27 İyul 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda