• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusməramlı əngəl

  • 22 İyul 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli işğal altında qalan Azərbaycan torpaqları ilə bağlı bir statistikaya diqqət çəkib. Novator.az-ın məlumatına görə, o yazır ki, Xankəndi və ətrafında Rusiyanın bəslədiyi, qoruduğu qondarma rejim 2022-ci ilin ilk yarısında bölgədə 792 uşağın doğulduğunu iddia edir: “2021-ci ilin eyni dövründə bölgədə doğulan uşaq sayı 593 nəfər göstərilmişdi. Son bir ildə doğum ciddi artıb, deməli, rusməramlı qüvvələr Ermənistandan bölgəyə köçürmə əməliyyatını sürətləndiriblər. Amma bu günə qədər Azərbaycan vətəndaşlarının, məsələn, Xocalıya qayıtması üçün heç nə etmirlər.

Qarabağda yaşayan ermənilərin Azərbaycan dövlətinə inteqrasiyasının qarşısını alan Rusiya və orada yerləşən rusməramlı qüvvələrdir. Mən Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların yaşadıqları yerdə qalmasını, rahat yaşamasını istəyirəm, bunun zəmanətini isə Azərbaycan dövləti verə bilər. Amma üç vacib məsələ var: ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli; Azərbaycan demokratik rifah dövlətinə çevrilməli; rusməramlı qüvvələr bölgəni tərk etməlidirlər, onlar qaldıqca bölgəyə sülh gəlməyəcək, ermənilər isə Azərbaycana inteqrasiya olmayaclar”.

1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub. Noyabrın 10-da Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi Rusiya hərbi bölmələrinin əlindədir.

9 şikayətçiyə təzminat qərarı

  • 22 İyul 2022
  • comments

Bölünmədən bütövlüyə

  • 22 İyul 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda