İyulun 22-də prezident İlham Əliyev Dövlət Neft Fondunun 2022-ci il büdcəsini yeniləyib: gəlir proqnozu 15 milyard 789,1 milyon manata qalxıb, xərc proqnozu 11 milyard 597,1 milyon manata enib.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. 2022-ci il iyulun 1-nə qurumun aktivləri 45 milyard 306,8 milyon ABŞ dollarına çatıb. Yanvar-iyun ayları üzrə büdcə gəlirləri 6 milyard 935,2 milyon manat, büdcə xərcləri 4 milyard 663,2 manat göstərilib.