• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şuradan dəstək və etiraz

  • 22 İyul 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Demokratik Qüvvələrin Milli Şurası Bakıdakı 20 iyul aksiyasına münasibət bildirib.

Bir qrup fəal iyulun 20-si Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti quru sərhədlərin açılması tələbi ilə təşkil olunan aksiyanın təşəbbüsçüsü, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun piket istəyinə mənfi cavab verdiyi üçün polis əməkdaşları aksiyanı dağıdıb, bəzi şəxsləri tutub, onlardan birinə – Müsavat Partiyasının fəalı Əziz Məmiyevə 30 sutka inzibati həbs cəzası verilib.

Novator.az bildirir ki, 2020-ci ilin yazından Azərbaycanda koronavirus infeksiyasına görə xüsusi karantin rejimi tətbiq olunur. Nazirlər Kabineti ölkəyə giriş-çıxışa məhdudiyyətə – quru sərhədlərin vətəndaşlar üçün qapalı olmasına qərar verib, sonuncu dəfə qadağanın müddətini 2022-ci il sentyabrın 1-dək uzadıb.

2022-ci ilin ilk yarısının yekunlarına həsr olunmuş 15 iyul müşavirəsində çıxış edən prezident İlham Əliyev quru sərhədlərin qapalı qalmasını koronavirus infeksiyasını cilovlamaq zərurəti ilə əsaslandırıb: “Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək”.

Milli Şuranın bəyanatında qeyd olunur ki, Azərbaycanın quru sərhədləri heç bir qanuni əsas olmadan qapalı saxlanır: “Rəsmən göstərilən səbəblərin heç biri bu qanunsuz qərarı əsaslandırmağa kifayət deyil. Dünyanın heç bir ölkəsi pandemiya bəhanəsi ilə quru sərhədlərin qapadılması kimi addım atmayıb. Pandemiyanın şiddətli zamanlarında Azərbaycan hökuməti bu qlobal fəlakətdən öz siyasi niyyətləri üçün istifadə edən ölkələr siyahısına daxil edilmişdi. Dünyanın koronavirusa görə yaranmış fövqəladə tədbirlərdən imtina etdiyi zamanda Azərbaycan hökumətinin sərhədləri qapalı saxlaması həm açıq-aşkar neqativ siyasi niyyət kimi izah edilir, həm də insanlar haqlı olaraq bu qapanmanı hakimiyyətin korrupsiya maraqlarına xidmət edən qərar sayırlar.

İyulun 20-si Nazirlər Kabinetinin binası qarşısında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun təşəbbüsü ilə keçirilən piket hüquqa, insan haqlarına, ictimai ləyaqətə sayğı tələbli etiraz aksiyasıdır. Bu piket cəmiyyətin haqlı suallarının və etirazının ifadəsi kimi qiymətləndirilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin etiraz aksiyasına razılıq verməməsi konstitusiyaya zidd olmaqla aşkar qanun pozuntusudur.

Piket iştirakçılarına qarşı polis zorakılığı, adekvat olmayan güc tətbiqi hüquqi dövlət anlayışı ilə bir araya sığmayan qabalıqdır. 37 nəfər aksiya iştirakçısı zorakılıqla saxlanıb. Müsavat partiyasının üzvü Əziz Məmiyev 30 sutka müddətinə inzibati qaydada həbs edilib. Polis aksiya iştirakçılarını saxlayan zaman ifrat fiziki güc tətbiq edib, bir neçə nəfər xəsarət alıb. Milli Şura bəyan edir ki, dinc siyasi etiraz aksiyalarını polisin aqressiv gücü ilə qarşılamaq vərdişindən, nəhayət, əl çəkilməlidir!”

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.

Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət

Aksiya günü dəyişdi

Piketə niyə razılıq verilmədi?

Aksiya qərarı qüvvədə qalır

Bağlı qapı aksiyası

Müsavat fəalına 30 sutkalıq cəza

Tofiq Yaqublu və Əli Kərimlinin aksiya rəyləri

İtaliyada erkən seçki yolu

  • 22 İyul 2022
  • comments

Çin uyğur hesabatının da kökünü kəsmək istəyir ...

  • 22 İyul 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda