• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putinin İran səfəri kimləri narahat etməlidir? – “The Telegraph”

  • 21 İyul 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

Böyük Britaniyanın “The Telegraph” qəzetində redaksiya heyəti adından “Putinin İran səfəri Londonla Vaşinqtonu narahat etməlidir” başlıqlı məqalə dərc olunub.

Novator.az-ın məlumatına görə, məqalədə bildirilir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin geosiyasi nəticələri Avropada və onun hüdudlarından kənarda hiss edilir.

Hazırda böhranın Yaxın Şərqdə və Fars körfəzində gərginliyi artırdığını vurğulayan qəzet daha sonra Putinin Qərbin sanksiyalarından yayınmaq üçün müttəfiqlər və yeni bazarlar axtarışına çıxdığına diqqət çəkir.

Bildirilir ki, həm Rusiya, həm də İran nüvə ambisiyaları ilə özünü dünyada gözdən salmış ölkələrdir və oxşar imicli bu iki dövlət ortaq iş görməkdə maraqlıdır: “İndi Putinə silah lazımdır ki, Ukraynada itirdiklərinin yerinə qoysun. İran, bacarsa, Rusiyaya silah-sursat yardımı edəcək.

Rusiya və İran iri həcmdə neft-qaz istehsal edən ölkələrdir. Onlar Qərb iqtisadiyyatına dəyən ziyanı ən yüksək həddə çatdırmaq məqsədilə birgə strategiya işləyib hazırlaya, xaricə yanacaq tədarükünü məhdudlaşdıra, yaxud ixracat qiymətlərini bahalaşdıra, yəni onları təcrid etmək istəyən Qərb ölkələrinin ödəməli olduğu hesabları artıra bilərlər.

Putinin İran səfəri ərəfəsində Rusiyanın “Qazprom” şirkəti Avropadakı müştərilərinə xəbərdarlıq edib ki, hazırda fövqəladə vəziyyətdir, ona görə qaz tədarükünün davam edəcəyinə zəmanət verə bilmir.

Şirkət bu xəbərdarlığı edərkən, yəni Avropaya qaz nəqlini dayandıra biləcəyini diqqətə çatdırarkən müştərilərlə bağladığı müqavilələrin məxsusi bəndinə söykənib. Həmin bənddə söhbət fors-major hallardan gedir. Belə bəndlər müqavilələrin hüquqi qüvvədən düşməsinə, ləğvinə imkan verir.

Görəsən, neft və qaz qıtlığı ilə üzləşmiş Almaniya və İtaliya kimi ölkələr nə vaxta qədər öz mövqelərini qoruyub saxlaya biləcəklər? Putin onların tezliklə büdrəyib geri çəkiləcəyinə ümid edir”.

Mənbə: Telegraph.co.uk

Tofiq Yaqublu və Əli Kərimlinin aksiya rəyləri

  • 21 İyul 2022
  • comments

Naxçıvanın makroiqtisadi göstəriciləri

  • 21 İyul 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda