• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İtaliyanın baş naziri yenə istefa verdi

  • 21 İyul 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

İyulun 21-də İtaliyanın baş naziri Mario Draqi istefa verib. Prezident Serco Mattarella bu barədə rəsmi müraciəti nəzərə alaraq baş nazirə və hökumətə səlahiyyətlərin icrasını davam etdirməyi tapşırıb.

Mario Draqi iyulun 14-də hökumətin bəzi siyasi qüvvələrin dəstəyini itirdiyini əsas gətirərək istefa vermiş, ancaq Serco Mattarella istefanı qəbul etməmişdi.

Novator.az bildirir ki, Mario Draqi partiyasızdır. Onun başçılıq etdiyi, partiyalı və müstəqil şəxslərin yer aldığı milli birlik hökuməti 2021-ci il fevralın 13-də qurulub.

Parlament respublikası olan İtaliyada əsas siyasi fiqur baş nazirdir. Hökumət parlamentin aşağı palatasına (Deputatlar Palatası) və yuxarı palatasına (Senat) seçkilərin nəticələri əsasında formalaşır.

Dövlət başçısı olan prezidenti parlament palataları üzvləri və bölgə təmsilçilərini birləşdirən kollegiya seçir.

2018-ci il martın 4-də Deputatlar Palatasına və Senata seçkidə Şimal Liqası ilə “5 ulduz” hərəkatı qalib gəlib. Həmin il iyunun 1-dən bu qurumların ortaq namizədi Cüzeppe Konte baş nazir olub.

2019-cu ilin avqust ayında Şimal Liqası koalisiyadan çıxıb, hökumət istefaya gedib. Sentyabrın 5-də Cüzeppe Konte yenidən hökumət qurub. 2021-ci il yanvarın 14-də Yaşayan İtaliya Partiyası koalisiyadan çıxıb, hökumət parlamentdə çoxluğu itirdiyi üçün Cüzeppe Konte yanvarın 26-da istefa verib, bundan sonra Mario Draqinin hökumət qurması məsləhət olub.

SOCAR-ın borcu bir ildə 26,8 faiz artıb

  • 21 İyul 2022
  • comments

ABŞ kəşfiyyatının rəhbərləri Rusiyadan seçki müdax...

  • 21 İyul 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda