• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bağlı qapı aksiyası

  • 20 İyul 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İyulun 20-də bir qrup fəal Bakıda, Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Polis əməkdaşları Nazirlər Kabineti ilə üzbəüz bağda və yaxın həndəvərdə toplaşanları ərazidən uzaqlaşdırıb, bəzi şəxsləri saxlayıb.

Quru sərhədlərin açılması tələbi ilə təşkil olunan aksiyanın təşəbbüsçüsü Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqubludur. Bakı Şəhər İcra Hakimiyyəti siyasətçinin piketlə bağlı xəbərdarlıq məktubuna mənfi cavab verib, aksiyanın məqsədəuyğun olmadığını bəyan edib.

20 iyul aksiyasında tutulanlar arasında Tofiq Yaqublu və onun kürəkəni, AXCP sədrinin müavini Seymur Həzi də var.

2020-ci ilin yazından Azərbaycanda yeni koronavirus infeksiyasına görə xüsusi karantin rejimi tətbiq olunur. Nazirlər Kabineti ölkəyə giriş-çıxışa məhdudiyyətə – quru sərhədlərin vətəndaşlar üçün qapalı olmasına qərar verib, sonuncu dəfə qadağanın müddətini 2022-ci il sentyabrın 1-dək uzadıb.

Müxalif siyasətçilər, müstəqil ekspertlər hesab edir ki, quru sərhədlərin bağlı qalması əhalinin dolanışığına, səfər imkanlarına mənfi təsir göstərir.

2022-ci ilin ilk yarısının yekunlarına həsr olunmuş 15 iyul müşavirəsində çıxış edən prezident İlham Əliyev quru sərhədlərin qapalı qalmasını koronavirus infeksiyasını cilovlamaq zərurəti ilə əsaslandırıb: “Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur”.

Milli hesabata görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 794913 nəfərin 9727-si vəfat edib, 1096-sı aktiv xəstədir. 2019-cu ilin dekabrında Çindən yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.

Böhran cəngəlliyi

  • 20 İyul 2022
  • comments

Sumqayıt reydi

  • 20 İyul 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda