• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ və Çin liderləri üzbəsurət görüşəcəkmi? – “Forbes”

  • 18 İyul 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ prezidenti Cozef Baydenlə Çin Xalq Respublikasının sədri Si Cinpin bu ilin noyabrında üzbəsurət görüşə bilərlər. Novator.az-ın məlumatına görə, bunu “Forbes” jurnalı Pekində yerləşən nüfuzlu Çin və Qloballaşma Mərkəzinin direktoru Henri Huyyao Vana istinadla yazıb.

Noyabrın 15-16-da Balidə “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti keçiriləcək. Hazırda ABŞ-Çin münasibətləri qeyri-sabit vəziyyətdə olsa da, iki ölkə arasında çətinliklər yaşansa da, Henri Huyyao Van Bali sammitində Cozef Baydenlə Si Cinpin arasında görüşün baş tutmasını mümkün sayır.

Noyabr ayında, Bali sammitindən bir neçə gün qabaq Çində Kommunist Partiyasının 20-ci qurultayı olacaq. Qurultay partiyanın Mərkəzi Komitəsinin yeni tərkibini seçəcək. Qaydaya əsasən, bundan dərhal sonra Mərkəzi Komitənin plenumu keçirilməli, növbəti beş illiyə baş katib seçilməlidir.

1953-cü il təvəllüdlü Si Cinpin 2012-ci ildən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibidir. “Forbes” Si Cinpinin böyük ehtimalla üçüncü müddətə də bu posta seçiləcəyini vurğulayır.

Jurnal Henri Huyyao Vana istinadla qeyd edir ki, Kommunist Partiyasının 20-ci qurultayı Çinin növbəti beş ildə tutacağı kursun müəyyənləşdirilməsi baxımından da əhəmiyyətli hadisə olacaq. Bundan dərhal sonra Cozef Baydenlə Si Cinpinin görüşməsi isə ABŞ-Çin münasibətlərini ən azı bir müddət sabit məcraya yönəldə bilər.

Cozef Bayden 2020-ci ilin yanvar ayının 20-dən prezident postundadır. Bu müddət ərzində onunla Si Cinpin arasında yalnız virtual görüş olub, liderlər video zəng formatında müzakirələr aparıblar. Çin və Qloballaşma Mərkəzinin direktoru “Forbes”ə açıqlamasında deyib ki, üzbəsurət görüşün ayrı effekti var, virtual görüş onu əvəz edə bilməz.

Mənbə: Forbes.com

Azərbaycan komandalarının mümkün rəqibləri

  • 18 İyul 2022
  • comments

Avropa ilə yeni anlaşma

  • 18 İyul 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Təhsil statistikası

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: yeni baş nazirə yaşıl işıq

GLOBALS:0
comments
Xəbər

Paytaxtın yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Rusiya benzin burulğanında – “Röyter”

GLOBALS:0

Tags

  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Təhsil statistikası

Son materiallar

comments
Xəbər

Təhsil statistikası

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: yeni baş nazirə yaşıl işıq

GLOBALS:0
comments
Xəbər

Paytaxtın yarım ili

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda