• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gömrük sistemində həbslər

  • 16 İyul 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Dövlət Təhlükəsizliyi Xidmətinin 15 iyul məlumatına görə, gömrük sistemində qanunsuz əməllər bilgiləri əsasında 10 iyun 2022-ci ildə başlanmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib: “Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsində işləyən Ehtiram Xəlilovun gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozaraq dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini və satılmasını təmin etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə bir çox şəxsdən təkrar külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranıb.

Ehtiram Xəlilov vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar külli miqdarda rüşvət alma ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib, 22 iyun 2022-ci ildə barəsində həbs qətimkan tədbiri seçilib.

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Şükür Səfərovun ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən xarici yük maşınlarının sərhəd keçid məntəqələrindəki gömrük nəzarət postlarından buraxılması və bunun üçün maneə yaradılmaması müqabilində təkrar külli miqdarda rüşvət almaları faktlarına dair məlumatlar əldə edilib.

Rəşad Babayev və Şükür Səfərov qabaqcadan əlbir olan bir qrup şəxsin təkrar külli miqdarda rüşvət alması ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib, 1 iyul 2022-ci ildə barələrində həbs qətimkan tədbiri seçilib.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Məsum Rəsulovun “Azərterminalkompleks” Birliyinin hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətləri göstərməsi adı altında ayrı-ayrı şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin Məsum Rəsulovun müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanan siqaret məhsullarını Silahlı Qüvvələrin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına təhvil verərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Məsum Rəsulov 14 iyul 2022-ci ildə şübhəli şəxs qismində saxlanıb, xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib”.

Məsum Rəsulov gömrük general-mayorudur. Son məlumata əsasən, iyulun 15-də onun barəsində həbs qətimkan tədbiri seçilib.

Generalın həbsi

Prezident: “Qarabağ mövzusu bağlanıb”

  • 15 İyul 2022
  • comments

Gömrük Komitəsinin sədri işdən çıxarıldı

  • 16 İyul 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda