İyulun 30-da hicri-qəməri təqvimi ilə 1444-cü il girir. Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, ilk ay olan Məhərrəmin onuncu günü avqustun 8-nə düşür.
Hicri-qəməri təqvimi ilə 61-ci ilin onuncu günündə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn və məsləkdaşları Kərbəla çölündə şəhid olublar, bu, tarixdə Qətl günü – Aşura günü kimi qalıb.
Hər il anım mərasimləri ümumilikdə iki ay çəkir.