Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 33 il ötür.
Novator.az bildirir ki, AXC 1989-cu il iyulun 16-sı Bakıda təsis olunub, Əbülfəz Elçibəy sədr, Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümmətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə İdarə Heyətinin üzvləri seçiliblər.
1990-cı il yanvarın 8-də İdarə Heyətinin tərkibi qismən yenilənib: Arif Paşa, Dilarə Əliyeva, Etibar Məmmədov, Əlikram Əliyev, Firudin Səməndərov, Hikmət Hacızadə, İsa Qəmbər, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabir Rüstəmxanlı, Sabit Bağırov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Vurğun Əyyub.
1991-ci ildə İdarə Heyəti institutu ləğv edilib, İcraiyyə Komitəsi yaradılıb. Bu qurumun sədri postunu Pənah Hüseyn, Tofiq Seyidov, Fərəc Quliyev, İbrahim İbrahimli tutublar.
AXC Ali Məclisinə bu şəxslər sədrlik edib: Tamerlan Qarayev, Arif Hacılı, Qulamhüseyn Əlibəyli.
AXC 1992-1993-cü illərdə hakimiyyətdə olub.
1995-ci ildə AXC partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli rəhbərlik edir.
AXC rəhbərliyində təmsil olunmuş şəxslərin 10-u dünyasını dəyişib. Dilarə Əliyeva 1991-ci ildə avtomobil qəzasında həlak olub, Yusif Səmədoğlu 1998-ci, Nəcəf Nəcəfov 1999-cu, Əbülfəz Elçibəy 2000-ci, Əlikram Əliyev 2011-ci, Vurğun Əyyub, Firudin Səməndərov 2019-cu, Tofiq Qasımov, Hikmət Hacızadə 2020-ci, İbrahim İbrahimli 2021-ci ildə vəfat edib.