Ermənistan prezidenti Vaahn Xaçaturyan iyulun 14-də general-mayor Edvard Asryanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Bu post fevralın 24-də general-leytenant Artak Davtyan işdən götürüləndən boş idi.
Novator.az bildirir ki, Edvard Asryan Azərbaycanın Qarabağ bölgəsində, Azıx kəndində doğulub. Qarabağdakı işğalçı rejimin hərbi hissə və birləşmələrinə komandanlıq edib, 2021-ci ilin mayından Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini postunu tutub.
Baş Qərargah rəisi 5 il müddətinə təyin olunur, müdafiə nazirinin birinci müavini sayılır.