• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Abid Qafarov azadlıqdan məhrum edildi

  • 13 İyul 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Yasamal Rayon Məhkəməsi KİM TV internet kanalının (Kaspian İnformasiya Mərkəzi) qurucusu Abid Qafarovun mühakiməsini başa çatdırıb. 13 iyul iclasında çıxarılan hökmlə Abid Qafarov bir qrup qaziyə böhtan atmaq və onları təhqir etməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib, məhkəmə zalında tutulub.

İkinci Qarabağ müharibəsi qazilərinin xüsusi ittiham qaydasında şikayətlərində Abid Qafarovun KİM TV-də müharibə veteranlarını öz hüquqları uğrunda mübarizə aparmamaqda, çarəsizlikdən ağızlarını tikməkdə, özlərini yandırmaqda, itaətkarcasına davranmaqda qınadığı əsas gətirilib.

Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, böhtan və təhqir maksimum 6 ayadək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Abid Qafarova 1 il həbs cəzaların toplanması üsulu ilə verilib.

1981-ci il təvəllüdlü Abid Qafarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Bakı Birlik Təşkilatının sədridir. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkisində 14 saylı Xəzər seçki dairəsindən deputatlığa namizəd olub. “Tərtər işi” olaylarının ictimai təhqiqatında fəallığı ilə tanınıb.

2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirmişdi ki, Tərtər rayonu istiqamətində bir qrup hərbi qulluqçu və mülki şəxs hərbi sirr təşkil edən məlumatları xarici düşmənə ötürüb, toplanmış materiallar əsasında 3 may 2017-ci ildə Hərbi Prokurorluqda cinayət işi başlanıb, bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib.

“Tərtər işi” adı alan bu iş üzrə yüzlərlə hərbi qulluqçu ermənilərlə məxfi əməkdaşlıqda şübhəli bilinməklə fiziki təsirlərə və qanunsuz sorğuya məruz qalıb, bir çox şəxs xəsarətlər nəticəsində həlak olub.

2021-ci il dekabrın 18-də Baş Prokurorluq məlumat yayaraq bildirib ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçular 2017-ci ilin may-iyun ayları ərzində qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri onların ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar: “Hərbi Prokurorluqda həmin faktlarla bağlı cinayət işləri başlanaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb məhkəmələrə göndərilib, onlar müxtəlif cəzalara məhkum ediliblər.

2021-ci il dekabrın 16-da Baş Prokurorluqda cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib. Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq baş prokurorun xüsusi nəzarətinə götürülüb”.

Cəza ehtimalı, etiraz

Mühakimə təxirə düşüb

Miqrasiya: yarım ilin qərarları

  • 13 İyul 2022
  • comments

Konstitusiya Məhkəməsindən inzibati xəta şərhi

  • 13 İyul 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda