• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əziz Orucov işi: saxlanan var

  • 10 İyul 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovu təhdid etməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanıb, hazırda polis orqanındadır. Xəbəri iyulun 10-da APA Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyevə istinadla yayıb.

Əziz Orucov hədələndiyini iyulun 8-də bəyan edib. Jurnalist bildirib ki, iyulun 7-si axşam saat 7-8 radələrində anası, yoldaşı və azyaşlı övladı ilə şəhərə çıxıb, Sahil bağında hündürboy, 30-35 yaşlarında bir nəfər onlara yaxınlaşıb: “Həmin adamı əvvəllər sanki müxtəlif yerlərdə dəfələrlə görmüşəm, amma xatırlaya bilmədim.

Soruşdu:

– Məni tanıdın?

– Yox tanımadım, amma tanış gəlirsən.

– Mən səni yaxşı tanıyıram amma.

– Bəs sən kimsən?

– Bu uşaq olmasa, bilərdin.

– Anlamadım.

– Hər şey qurban uşağa…

– Allah sənin də balalarını qorusun.

– Mən allah-zad tanımıram…

Ardınca Allahı təhqir edib mənə xəbərdarlıq etdi:

– Bir də belə eləsəniz, bilirsən nə olacaq!

Bunu deyib çıxıb getdi.

Adamın sifəti çox tanış gəldi, amma onu ancaq küçədə, yolda gördüyümü düşünürəm.

Mənim şəxsi münasibət zəminində heç kimlə problemim olmayıb. Bu adamı göndərən, tapşırıq verən, öyrədən kimdir bilmirəm, bildiyim odur ki, ictimai yerdə, parkın ortasında məni təhdid elətdirirlər!”

Jurnalistin hədələnməsi ictimai narazılıq doğurub, Mətbuat Şurası Daxili İşlər Nazirliyinə rəsmi müraciət edərək məsələni dərindən araşdırmağa, olaya hüquqi qiymətin verilməsi üçün tədbirlər görməyə çağırıb.

Əziz Orucov 2017-2018-ci illərdə həbsdə olub. O, dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib, sonra cəza 6 ildən 3 ilə endirilib, eyni zamanda şərti həbslə əvəzlənib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əziz Orucovu vicdan məhbusu və siyasi məhbus kimi tanıyıb. 2020-ci ildə jurnalistin məhkumluğu götürülüb.

Virusun ən pis variantı gəldi – “Vaşinqton P...

  • 09 İyul 2022
  • comments

Hasilat statistikası

  • 10 İyul 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda