Həkimlər Yaponiyanın sabiq baş naziri, hakim Liberal Demokrat Partiyasının üzvü Sindzo Abenin həyatını xilas etməyə çalışır. Novator.az-ın məlumatına görə, iyulun 8-i Nara şəhərində silahlı hücuma məruz qalan Sindzo Abe dərhal xəstəxanaya aparılıb, onun çox ağır durumda olduğu açıqlanıb.
Seçkiqabağı küçə toplantısında çıxış edən siyasətçiyə əldəqayırma tapançadan atəş açılıb, o, sinəsindən və boğazından güllə yaraları alıb.
Qəsdi törədən Tesuya Yamaqami hadisə yerində tutulub.
41 yaşlı Tesuya Yamaqaminin sabiq hərbi dənizçi, Sindzo Abenin siyasətindən narazı şəxs olduğu bildirilir.
1954-cü il təvəllüdlü Sindzo Abe 1993-cü ildən Yaponiya parlamentinin aşağı palatasının deputatı olub, 2006-2007 və 2012-2020-ci illərdə baş nazir postunu tutub.
İyulun 10-u Yaponiyada parlamentin yuxarı palatasına seçki keçirilməlidir.
Yaponiya konstitusiyalı monarxiyadır. 2019-cu il mayın 1-dən Akihito imperatorluq edir.
İcra hakimiyyətini hökumət həyata keçirir. Hökumət parlamentin aşağı palatasına seçkinin nəticəsi əsasında qurulur.
Hazırda Liberal Demokrat Partiyası və müttəfiqləri hakimiyyətdədir. 2021-ci il oktyabrın 4-dən baş nazir postunu Liberal Demokrat Partiyasının sədri Fumio Kişida tutur.
Mənbə: CNN.com