• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mühakimə təxirə düşüb

  • 07 İyul 2022
0
SHARES
FacebookTwitterPinterest

Yasamal Rayon Məhkəməsi KİM TV internet kanalının (Kaspian İnformasiya Mərkəzi) qurucusu Abid Qafarovun mühakiməsini təxirə salıb. “Turan”ın məlumatına görə, 6 iyul iclasında iş üzrə linqvistik ekspertizanın təyin edilməsi qərarı çıxarılıb. Proses ekspertizanın nəticələri bəlli olandan sonra davam edəcək.

Bir qrup qazi Abid Qafarovun böhtan və təhqirə görə məsuliyyətə cəlb olunmasını istəyir. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, böhtan və təhqir cərimə, ictimai işlər, islah işləri və 6 ayadək müddətə azadlıqdan məhrumetmə kimi cəzalar nəzərdə tutur.

Abid Qafarov “Turan”a deyib ki, məhkəməyə İkinci Qarabağ müharibəsinin yeddi veteranı üz tutub, sonradan dörd qazi şikayətini geri götürüb.

Xüsusi ittiham qaydasında şikayətlərdə Abid Qafarovun KİM TV-də müharibə veteranlarını öz hüquqları uğrunda mübarizə aparmamaqda, çarəsizlikdən ağızlarını tikməkdə, özlərini yandırmaqda, itaətkarcasına davranmaqda qınadığı əsas gətirilib. Abid Qafarov ittihamı hüquqi cəhətdən əsassız hesab edir, deyir ki, şəxsən heç kimin adını çəkməyib: “Mən veteranları təhqir etmək istəmirdim, əksinə, onların hüquqlarının pozulmasına qarşıyam. Öz mövqeyimi izah etdikdən sonra dörd veteran şikayətini geri çəkdi. Veteranlardan istifadə edirlər, məhkəmə işinin arxasında hakimiyyət dayanır”.

1981-ci il təvəllüdlü Abid Qafarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Bakı Birlik Təşkilatının sədridir. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkisində 14 saylı Xəzər seçki dairəsindən deputatlığa namizəd olub. “Tərtər işi” olaylarının ictimai təhqiqatında fəallığı ilə tanınıb.

2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirmişdi ki, Tərtər rayonu istiqamətində bir qrup hərbi qulluqçu və mülki şəxs hərbi sirr təşkil edən məlumatları xarici düşmənə ötürüb, toplanmış materiallar əsasında 3 may 2017-ci ildə Hərbi Prokurorluqda cinayət işi başlanıb, bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib.

“Tərtər işi” adı alan bu iş üzrə yüzlərlə hərbi qulluqçu ermənilərlə məxfi əməkdaşlıqda şübhəli bilinməklə fiziki təsirlərə və qanunsuz sorğuya məruz qalıb, bir çox şəxs xəsarətlər nəticəsində həlak olub.

2021-ci il dekabrın 18-də Baş Prokurorluq məlumat yayaraq bildirib ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçular 2017-ci ilin may-iyun ayları ərzində qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri onların ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar: “Hərbi Prokurorluqda həmin faktlarla bağlı cinayət işləri başlanaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb məhkəmələrə göndərilib, onlar müxtəlif cəzalara məhkum ediliblər.

2021-ci il dekabrın 16-da Baş Prokurorluqda cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib. Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq baş prokurorun xüsusi nəzarətinə götürülüb”.

Cəza ehtimalı, etiraz

Sükutun 4 il 4 ayı

  • 07 İyul 2022

Azərbaycan nefti 7 gündə 8 dollardan çox ucuzlaşıb

  • 07 İyul 2022

Son materiallar

comments
Xəbər

Azərbaycanın neft satdığı ölkələr

comments
ManşetXəbər

Eldar Həsənov: yeni mərhələnin yeni tarixi

comments
Xəbər

Qolsuz heç-heçə

comments
ManşetTribunaYazarlar

Köhnə bazara təzə nırx

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycanın neft satdığı ölkələr

Son materiallar

comments
Xəbər

Azərbaycanın neft satdığı ölkələr

comments
ManşetXəbər

Eldar Həsənov: yeni mərhələnin yeni tarixi

comments
Xəbər

Qolsuz heç-heçə

comments
ManşetTribunaYazarlar

Köhnə bazara təzə nırx

comments
Xəbər

Avropa və Mərkəzi Asiya bazarlarında reklamçılarla yeni əməkdaşlıq

comments
Xəbər

Müslümün abidəsi

comments
Xəbər

Avropa İttifaqına ixrac

comments
Xəbər

Yaxın ölkələrlə alış-veriş

comments
Xəbər

Azərbaycanın əsas ticarət tərəfdaşları

comments
Xəbər

Neftsiz ixracın əsas ünvanları

comments
Xəbər

İxrac-idxal dinamikası

comments
ManşetXəbər

Xarici ticarətin yeddi ayı

comments
Xəbər

Əli Əliyev hökmü dəyişmədi

comments
Xəbər

Turizm göstəriciləri

comments
ManşetXəbər

Boşanmanın çox olduğu bölgələr

comments
Xəbər

Yoluxma və itki hesabatı

comments
ManşetXəbər

Bölgələr üzrə orta pensiya

comments
Xəbər

Jurnalistin şikayəti boşa getdi

comments
AktualManşetXəbər

Əhali statistikası

comments
ManşetXəbər

Azərbaycanın xarici borcu

comments
Xəbər

Makroiqtisadi göstəricilər

comments
AktualXəbər

Fəxri adlar: neçə nəfər təqaüd alır?

comments
AktualManşetXəbər

Pensiyaçıların sayı, orta pensiya

comments
AktualManşetXəbər

Müsavatçıların nizamnaməsi

comments
AktualManşetXəbər

Fəaliyyət növləri üzrə orta maaş

comments
ManşetXəbər

Yarım ilin demoqrafik hesabatı

comments
ManşetXəbər

115 əskik

comments
Xəbər

“Neftçi” ələndi

comments
Xəbər

Pozuntular, 1892 qərar

comments
AktualXəbər

Publik hüquqi şəxs

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda