• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşsizlikdən sığorta fondunun xərc istiqamətləri

  • 05 İyul 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi yenilənib. Novator.az bildirir ki, həm gəlirlər, həm də xərclər 181,4 milyon manatdır.

Özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon 109,8 milyon manat ayrılır, Dövlət Məşğulluq Agentliyinin, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanması xərcləri 43 milyon 765,7 min manat, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri 30 milyon manat göstərilir.

Qalan xərc istiqamətləri belə rəsmiləşib: peşə hazırlığı və əlavə təhsilin təşkili – 9 milyon manat, işsizliyə görə sığorta ödənişləri – 8 milyon 500 min manat, haqqı ödənən ictimai işlərin təşkili – 3 milyon 500 min manat, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi – 3 milyon manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi – 2 milyon manat, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi – 1 milyon 500 min manat, əmək yarmarkalarının, əmək birjalarının təşkili – 1 milyon manat, peşə standartlarının hazırlanması – 1 milyon manat, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin yaradılması – 1 milyon manat, qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlər – 1 milyon manat.

Dövlət Statistika Komitəsi 2022-ci il iyunun 1-nə 313,3 min nəfəri işsiz kimi rəsmiləşdirib.

“İşsizlikdən sığorta haqqında” qanuna görə, əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmiş şəxslərə ödəniş üçün onların müddətli əmək müqaviləsi üzrə ən azı 2 il 6 ay fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişi minimum əməkhaqqı qədər ödənir.

Dövlət orqanı və ya hüquqi şəxs ləğvi edildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə işsizlikdən sığorta ödənişi üçün azı 1 il sığorta stajı tələb olunur və ödəniş işçinin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

Koronavirus statistikası

  • 05 İyul 2022
  • comments

Ləng metro

  • 05 İyul 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
comments
Xəbər

Uçot dərəcəsi dəyişir

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

Son materiallar

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda