• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnformasiya qanunvericiliyi yeniləndi

  • 05 İyul 2022
0
SHARES
FacebookTwitterPinterest

Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, qanuna kritik informasiya infrastrukturu; kritik informasiya infrastrukturu obyekti; kritik informasiya infrastrukturu subyekti; kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan; kibertəhlükəsizlik xidməti provayderi; informasiya təhlükəsizliyi; kibertəhdid; kiberhücum; kiberinsident anlayışları əlavə olunur.

Yeniliyə əsasən, obyektin funksionallığının pozulmasının bu nəticələrə səbəb ola bilməsi onun kritik informasiya infrastrukturu obyekti hesab edilməsinə əsasdır: dövlətin müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və müdafiə qabiliyyətinin pozulmasına təhlükənin, habelə ictimai təhlükəsizliyə mühüm təhdidlərin yaranması; dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin pozulması, həyat təminatı infrastrukturunun normal fəaliyyət göstərməsinə ciddi maneələrin yaranması, nəqliyyat və kommunikasiya əlaqələrinin kəsilməsi və ya səhiyyə xidmətlərinin göstərilməsinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması nəticəsində əhalinin mühüm təminatlardan məhrum olması; iqtisadi sabitliyin və maliyyə sabitliyinin pozulması, dövlət büdcəsinin formalaşdırılmasına əhəmiyyətli zərərin vurulması; ekoloji tarazlığın pozulması və ekoloji vəziyyətin kəskin pisləşməsi.

Kritik informasiya infrastrukturu subyektləri onlara məxsus olan kritik informasiya infrastrukturuna kibertəhdidlərin, kiberhücumların, kiberinsidentlərin, habelə bu əməllərin törədilməsinə cəhdlərin aşkarlanması, qarşısının alınması və zərərli nəticələrinin aradan qaldırılması məqsədilə müvafiq infrastrukturun informasiya təhlükəsizliyini idarəetmə sistemini təşkil etməli və onun fəaliyyətini təmin etməlidirlər.

İnzibati Xətalar Məcəlləsinə əlavə olunan maddələr kritik informasiya infrastrukturu obyektinin təhlükəsizliyi üzrə tələblərin pozulmasına; kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin yaradılmasına və funksionallığının təmin olunmasına dair tələblərin pozulmasına; kritik informasiya infrastrukturu obyektinə yönəlmiş kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər və bu əməllərin törədilməsinə cəhdlər barədə məlumatın aidiyyəti dövlət orqanına təqdim edilməməsinə; kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi üzrə tələblərin pozulması hallarının aradan qaldırılmasına dair səlahiyyətli orqanın (vəzifəli şəxsin) tələbinin yerinə yetirilməməsinə, yaxud kibertəhdidlərin və kiberhücumların aşkarlanması, qarşısının alınması və təhlükəsizlik insidentlərinin araşdırılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) lazımi şəraitin yaradılmamasına və ya maneçilik törədilməsinə görə cərimə cəzaları nəzərdə tutur.

İyulun 5-də fərman imzalayan dövlət başçısı Nazirlər Kabinetinə üç ay müddətində kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarını, kritik informasiya infrastrukturu obyektlərinin meyarlarını, kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydasını təsdiqləmək tapşırığı verib.

Ukraynanın bərpasını indidən planlaşdırın – ...

  • 05 İyul 2022

“Avroviziya 2023”ə 20 razılıq var

  • 05 İyul 2022

Son materiallar

comments
Xəbər

Azərbaycanın neft satdığı ölkələr

comments
ManşetXəbər

Eldar Həsənov: yeni mərhələnin yeni tarixi

comments
Xəbər

Qolsuz heç-heçə

comments
Xəbər

Avropa və Mərkəzi Asiya bazarlarında reklamçılarla yeni əməkdaşlıq

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycanın neft satdığı ölkələr

Son materiallar

comments
Xəbər

Azərbaycanın neft satdığı ölkələr

comments
ManşetXəbər

Eldar Həsənov: yeni mərhələnin yeni tarixi

comments
Xəbər

Qolsuz heç-heçə

comments
Xəbər

Avropa və Mərkəzi Asiya bazarlarında reklamçılarla yeni əməkdaşlıq

comments
Xəbər

Müslümün abidəsi

comments
Xəbər

Avropa İttifaqına ixrac

comments
Xəbər

Yaxın ölkələrlə alış-veriş

comments
Xəbər

Azərbaycanın əsas ticarət tərəfdaşları

comments
Xəbər

Neftsiz ixracın əsas ünvanları

comments
Xəbər

İxrac-idxal dinamikası

comments
ManşetXəbər

Xarici ticarətin yeddi ayı

comments
Xəbər

Əli Əliyev hökmü dəyişmədi

comments
Xəbər

Turizm göstəriciləri

comments
ManşetXəbər

Boşanmanın çox olduğu bölgələr

comments
Xəbər

Yoluxma və itki hesabatı

comments
ManşetXəbər

Bölgələr üzrə orta pensiya

comments
Xəbər

Jurnalistin şikayəti boşa getdi

comments
AktualManşetXəbər

Əhali statistikası

comments
ManşetXəbər

Azərbaycanın xarici borcu

comments
Xəbər

Makroiqtisadi göstəricilər

comments
AktualXəbər

Fəxri adlar: neçə nəfər təqaüd alır?

comments
AktualManşetXəbər

Pensiyaçıların sayı, orta pensiya

comments
AktualManşetXəbər

Müsavatçıların nizamnaməsi

comments
AktualManşetXəbər

Fəaliyyət növləri üzrə orta maaş

comments
ManşetXəbər

Yarım ilin demoqrafik hesabatı

comments
ManşetXəbər

115 əskik

comments
Xəbər

“Neftçi” ələndi

comments
Xəbər

Pozuntular, 1892 qərar

comments
AktualXəbər

Publik hüquqi şəxs

comments
AktualXəbər

Superkubok statistikası

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda