• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hakimin səlahiyyət müddəti

  • 05 İyul 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Azərbaycanın məhkəmə sistemi belə qurulub: rayon (şəhər) məhkəmələri; ağır cinayətlər məhkəmələri; Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi; hərbi məhkəmələr; inzibati məhkəmələr; kommersiya məhkəmələri; Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi; apellyasiya məhkəmələri; Azərbaycan Respublikasının Ali Məhkəməsi.

Ali Məhkəmənin və apellyasiya məhkəmələrinin hakimlərini prezidentin təqdimatı ilə parlament təyin edir. Digər məhkəmələrin hakimlərinin təyinatı prezidentin səlahiyyətindədir.

Novator.az bildirir ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna görə, hakim ilk dəfə üç il müddətinə təyin olunur. Bu müddətin sonunda hakimin fəaliyyəti qiymətləndirilir. Fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə hakimin səlahiyyətləri son yaş həddinədək uzadılır.

Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.

İlk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyətini həmin müddətin sonunda, digər hakimlərin fəaliyyətini isə beş ildə bir dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası qiymətləndirir.

Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilərsə, onun səlahiyyətləri uzadılmır.

Hakim səlahiyyət müddətində dəyişilməzdir, öz razılığı olmadan başqa vəzifəyə dəyişdirilə bilməz.

Qanun hakimin intizam məsuliyyətinə cəlb edilməsini mümkün sayır. Hakim barəsində intizam icraatı onun səlahiyyətlərinə xitam barədə təklif verilməsini də nəzərdə tutur.

Hakimlərin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda Məhkəmə-Hüquq Şurası xitam verir.

Məhkəmə-Hüquq Şurasının hakim vəzifələrinə seçkinin təşkili, hakimlərin fəaliyyətini qiymətləndirmək, onları intizam məsuliyyətinə cəlb etmək, hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi təqdimatları vermək səlahiyyətləri var. Şuraya ədliyyə naziri Fikrət Məmmədov sədrlik edir.

5 iyul qiyməti

  • 05 İyul 2022
  • comments

Ukraynanın işğal və döyüş bölgələri

  • 05 İyul 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda