“2023-cü il yanvarın 1-dən Ermənistanda minimum əməkhaqqı 68 min dramdan 75 min drama qaldırılacaq”. Novator.az-ın məlumatına görə, hökumətin 30 iyun iclasında belə deyən baş nazir Nikol Paşinyan həmçinin uşaq pulunda artım anonsu verib.
2020-ci ildən kəndlərdə işləyən analar 2 yaşadək uşaq üçün ayda 28 min 600 dram müavinət alır. Nikol Paşinyan həmin müavinətin 2023-cü il yanvarın 1-dən 30 min 700 drama yüksələcəyini, şəhər və qəsəbələrdə yaşayan, işləməyən anaları da əhatə edəcəyini vurğulayıb.
Kənd yerlərində işləyən analar üçün müavinətin ikiqat məbləğdə – 61 min 400 dram olması nəzərdə tutulur.
1000 dram 4,2 manatdır.