• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropadan təzminat qərarları

  • 30 İyun 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 30-u Azərbaycandan şikayətlər üzrə yeni qərarlar elan edib.

Aihmaz.org xəbər verir ki, “Azadlıq” qəzeti və Qənimət Zahidin şikayəti Azərbaycan prezidentinin köməkçisi olmuş Tariyel Ağayev barədə məqaləyə görə cərimələrlə bağlı olub. Milli məhkəmələr Tariyel Ağayevin iddiası ilə qəzeti 40000 manat, baş redaktor Qənimət Zahidi 25000 manat cərimələyib.

Avropa Məhkəməsi onların Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan ifadə azadlığı hüququnun pozulduğu qənaətinə gəlib. Qərara görə, dövlət 1300 avro təzminat ödəməlidir.

Qənimət Zahid 1991-1994-cü illərdə “Azadlıq” qəzetinin redaktoru olub, 2003-cü ildən baş redaktordur, 2011-ci ildən Fransada yaşayır.

1989-cu ildə yaradılan “Azadlıq” qəzeti 2016-cı il sentyabrın 5-dən çapını dayandırıb.

Azərbaycan İslam Partiyası sədrinin müavini olmuş Rövşən Əhmədli inzibati həbsindən şikayət edib. Avropa Məhkəməsi 2011-ci ildə 10 sutka inzibati həbs cəzası almış Rövşən Əhmədlinin ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğu qənaətinə gəlib, dövlətin üzərinə ona 4100 avro təzminat ödəmək öhdəliyi qoyub.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

İsrail növbədənkənar seçkiyə gedir

  • 30 İyun 2022
  • comments

Laçını tam qaytaran yol

  • 30 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda