• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

  • 29 İyun 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Siyasətçi Tofiq Yaqublu Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. İyunun 29-da Novator.az-a danışan siyasətçi deyib ki, şikayətində işgəncəyə məruz qaldığı halda cinayət işi başlanmaması məsələsini qaldırıb.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu ictimai-siyasi fəalların 2021-ci il dekabrın 1-i Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova (2022-ci il mayın 28-də azadlığa çıxıb) azadlıq tələbi ilə keçirdiyi aksiyada tutularaq döyülüb. Siyasətçinin bildirdiyinə görə, döyülə-döyülə Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb, orada işgəncəyə məruz qalıb, sonra avtomobillə müxtəlif məkanlara aparılaraq aramsız döyülüb, axırda Ələt qəsəbəsində sərbəst buraxılıb.

Dekabrın 3-dən siyasətçinin şikayətini araşdıran Səbail Rayon Prokurorluğu cinayət işi qaldırmayıb. Baş Prokurorluğun 12 yanvar 2022-ci il məlumatında bildirilib ki, araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdikləri təsdiqini tapmayıb, cinayət hadisəsi olmaması əsas gətirilərək toplanmış material üzrə cinayət işinin başlanması 2021-ci il dekabrın 30-da rədd edilib.

Səbail Rayon Prokurorluğunun qərarında göstərilib ki, Tofiq Yaqublu xəsarətləri polis bölməsində özünü divara, yerə vuraraq və əlləri ilə sifətinə zərbələr endirərək alıb, tutulduğu gün bölmədən sərbəst buraxılıb.

Siyasətçi Səbail Rayon Prokurorluğunun qərarının ləğvi, işgəncəyə məruz qalmağı üzrə cinayət işi başlanmasının təmin olunması istəyi ilə Səbail Rayon Məhkəməsinə üz tutub. Martın 10-da Səbail Rayon Məhkəməsi şikayətin təmin olunmaması qərarı verib. Bakı Apellyasiya Məhkəməsinin 17 mart qərarı da eyni cür olub.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. 2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəz edib.

Tofiq Yaqublu bəraət istəyi ilə Ali Məhkəməyə üz tutub.

Saleh Rüstəmov aksiyası

Tofiq etirazları

Milli Şura bəyanat yayıb

Tofiq Yaqublu: müayinənin nəticəsi açıqlanıb

5 aksiyaçı həbsə getdi

Tofiq ziyarəti

Prokurorluq Tofiq Yaqublunun döyülməsini araşdırır

Tofiq Yaqublu polis bölməsindən necə aparılıb?

Nigar Həzi prokurorluqda ifadə verdi

“Tofiq Yaqublunu rahatca öldürə bilərlər”

Tofiq Yaqublu qərarında nələr var?

Tofiq Yaqublunun şikayəti məhkəmə mərhələsində

Hazırlıq iclası təyin olunub

Məhkəmə çəkişməsi təyin olundu

Tofiq Yaqublu: şikayət başqa məhkəməyə gedir

Tofiq Yaqublu apellyasiya şikayəti verib

İşgəncə işi yeni mərhələyə gedir

Rəsmilərin maaşı yenilənir

  • 29 İyun 2022
  • comments

Zelenski NATO-ya iki yol göstərir

  • 29 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda