• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

NATO 32 yolunda

  • 29 İyun 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

İsveç və Finlandiyanın hərbi-siyasi ittifaq olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması üçün maneə aradan qalxıb. Hər iki ölkənin NATO-ya qoşulmaq niyyəti Rusiyanın 2022-ci il fevralın 24-dən Ukraynada apardığı total işğalçı müharibə fonunda ortaya çıxıb, onlar mayın 12-də alyansa rəsmi müraciət ediblər. 1952-ci ildən qurumun üzvü olan Türkiyə İsveç və Finlandiyanın Türkiyədə separatçılığa, terrorçu kimi tanınan qurumlara dəstək verdiyini əsas gətirərək onları alyansa buraxmaq istəmirdi.

İyunun 28-i İspaniyanın paytaxtı Madriddə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirlərinin imzaladığı bəyannamə ilə problem həll edilib. İsveç və Finlandiya Türkiyəni narahat edən məsələlərin çözümü üçün öhdəlik götürüblər, Türkiyə isə veto hüququndan istifadə etməməyə razılaşıb.

İyunun 29-u Madriddə NATO-nun sammiti başlayır. Sammitdə İsveçlə Finlandiyanın alyansa rəsmi dəvət alması gözlənir.

Novator.az bildirir ki, qaydalara görə, NATO-ya qoşulmağın ilk rəsmi addımı üzv ölkələrin və namizədin hərbi alyansdakı səfirlərinin protokol imzalaması sayılır. NATO-da qərarlar konsensus əsasında qəbul olunduğu üçün hər bir üzv ölkənin razılığı mütləqdir.

Protokol imza mərhələsini aşdıqdan sonra hərbi alyansa üzv dövlətlərin, o cümlədən namizəd ölkənin parlamentində ratifikasiya edilir, yalnız bundan sonra alyansa qəbul rəsmiləşir.

30 üzvü olan NATO-nun mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşir.

NATO-nu 1949-cu ildə bu ölkələr yaradıb: ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya.

Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulublar.

Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub.

İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib.

Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib.

Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunurlar.

Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb.

Monteneqro 2017-ci ildən ittifaqdadır.

Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib.

Yaxın ölkələrdə nə qədər xəstə var?

  • 29 İyun 2022
  • comments

Qaş qayırmağın göz çıxarması

  • 29 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda