• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dörd cəbhəçinin şikayəti, iki qərar

  • 29 İyun 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İyunun 29-da Ali Məhkəmə azadlıqdan şərti məhkum olunmuş AXCP üzvləri Telman Seyfullayev, İsmayıl Həsənov, Ceyhun Novruzov və Gündüz Mirzəyevin şikayətləri üzrə qərar çıxarıb. Novator.az-ın məlumatına görə, Telman Seyfullayevin işi yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb, qalan şəxslərin cəzaları qüvvədə saxlanıb.

2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.

Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.

Təqsirləndirilən şəxslərin 36-sı, o cümlədən 15 cəbhəçi bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da 21 nəfər, dekabrın 7-də 15 nəfər ev dustaqlığına buraxılıb.

AXCP üzvlərindən Fuad Qəhrəmanlı və Məmməd İbrahim 4 il 1 ay, Bəxtiyar İmanov və Ayaz Məhərrəmov 3 il 7 ay, Ruslan Əmirov 4 il, Asif Yusifli 3 il 6 ay, Müşviq Quliyev, Elnur Cabbarov, Elvin Məmmədov 3 il, Seymur Əhmədov 2 il 6 ay, Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Ramid Nağıyev, Gündüz Mirzəyev 2 il 9 ay müddətinə azadlıqdan şərti məhrum edilib.

2021-ci ildə Səbail Rayon Məhkəməsinin çıxardığı hökmləri Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.

2022-ci il aprelin 26-da Ali Məhkəmə Məmməd İbrahim, Bəxtiyar İmanov və Ayaz Məhərrəmovun şikayətlərini təmin etməyib.

İlqar Məmmədov prezidentə üz tutub

  • 29 İyun 2022
  • comments

Xəzər sammiti

  • 29 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda