Tarix elmləri doktoru Cəmil Həsənli Təbrizdə özündən xəbərsiz çıxmış kitabından yazıb: “Dünyada belə şeylər də olur. İyunun 26-da bir dostum zəng edib Təbrizdə kitabımın çıxdığını dedi. Xəbərim yox idi. Səhəri günü kitabın üz qabığının fotosunu göndərdilər: “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqlə Qərb arasında, 1918-1920”.
Kitab ərəb əlifbası ilə türk dilində nəşr edilib. Qoy güneyli qardaşlar görsünlər Arazın bu tayındakı qardaşları necə böyük çətinliklə dünyaya örnək cümhuriyyət yaradıblar. Mənim xəbərimin olub-olmamağı mühüm deyil.
Kimin zəhməti keçibsə, sağ olsun. Bildiyim qədər kitabı ərəb əlifbasına milli işə könül verən bir dostumuz uyğunlaşdırıb. Əlləri ağrımasın”.
Novator.az bildirir ki, 1952-ci il təvəllüdlü Cəmil Həsənli Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb.
1993-cü ilin aprel-sentyabr aylarında Azərbaycan prezidentinin müşaviri vəzifəsini tutub.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının sədridir.
Londonda elmi-pedaqoji fəaliyyətlə məşğuldur.