Milli Məclisin 28 iyun iclasında 2022-ci ilin büdcə zərfinə dəyişikliklər ikinci oxunuşda qəbul edilib.
Yenilənən dövlət büdcəsində 29 milyard 197,8 milyon manat gəlir, 32 milyard 303,8 milyon manat xərc rəsmiləşir. Novator.az bildirir ki, iqtisadi fəaliyyətə 7 milyard 67,9 milyon manat; müdafiə və milli təhlükəsizliyə 5 milyard 84,7 milyon manat; ümumi dövlət xidmətlərinə 4 milyard 355,3 milyon manat; təhsilə 3 milyard 886,6 milyon manat; sosial müdafiə və sosial təminata 3 milyard 728,5 milyon manat; məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa 2 milyard 482,2 milyon manat; səhiyyəyə 1 milyard 708,7 milyon manat; kənd təsərrüfatına 997,3 milyon manat; mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 463,1 milyon manat; ətraf mühitin mühafizəsinə 292,1 milyon manat; mənzil və kommunal təsərrüfatına 272,6 milyon manat; əsas bölmələrə aid edilməyən xərclərə 1 milyard 964,1 milyon manat ayırmaq nəzərdə tutulur.
Dövlət Sosial Müdafiə Fondunun yeni büdcəsində gəlirlər və xərclər 5 milyard 606,2 milyon manat, işsizlikdən sığorta fondunun yeni büdcəsində gəlirlər və xərclər 181,3 milyon manat göstərilir.
“2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi isə son oxunuşdan keçib. Layihədə gəlirlər 26 milyard 396,2 milyon manat, xərclər 27 milyard 422,4 milyon manat göstərilir.
Sənədə görə, ən böyük gəlir mənbəyi Dövlət Neft Fondundan köçürmə olub: 11 milyard 350 milyon manat.
Əlavə dəyər vergisi üzrə 5 milyard 214,4 milyon manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 2 milyard 958,3 milyon manat, gömrük rüsumları üzrə 1 milyard 205,4 milyon manat, fiziki şəxslərin gəlir vergisi üzrə 1 milyard 194,6 milyon manat, aksizlər üzrə 1 milyard 105,7 milyon manat daxilolma qeydə alınıb.
Xərc istiqamətləri belə rəsmiləşib: iqtisadi fəaliyyət – 5 milyard 500,5 milyon manat, müdafiə və milli təhlükəsizlik – 4 milyard 541,6 milyon manat, ümumi dövlət xidmətləri – 3 milyard 973,9 milyon manat, sosial müdafiə və sosial təminat – 3 milyard 164,2 milyon manat, təhsil – 3 milyard 92,1 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 32,9 milyon manat, səhiyyə -1 milyard 378,5 milyon manat, kənd təsərrüfatı – 910,4 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 372,1 milyon manat, ətraf mühitin mühafizəsi – 245,9 milyon manat, mənzil və kommunal təsərrüfatı – 217,3 milyon manat, əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 982,4 milyon manat.