• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakı görüşləri

  • 24 İyun 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

İyunun 24-də xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla bir araya gəlib. Rəsmi məlumata görə, təkbətək başlayan görüş sonra nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

İkitərəfli əlaqələrin müzakirə olunduğu görüşdə həmçinin Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatlarının icrası ilə bağlı məsələlərə, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımlara, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyətinə, bütün kommunikasiyaların açılması, sülh sazişinin hazırlanması məsələlərinə toxunulub.

Nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında saziş” imzalayıblar.

Sergey Lavrovun Azərbaycan səfəri iyunun 23-də başlayıb. Həmin gün naziri qəbul edən prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərindən də söz açaraq deyib ki, Azərbaycanın mövqeyi bölgədə uzunmüddətli sülhün bərqərar olmasına yönəlib: “Əminəm ki, göstərdiyimiz səyləri Ermənistan da müsbət qəbul edəcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri ələ keçirib. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun 1 kəndi, Qazax rayonunun 7 kəndi də işğala məruz qalıb.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.

Müharibədən sonra Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların əsas mövzusu bölgədə iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsidir. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında beş prinsip əks olunub:

– dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

– dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

– dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Rəsmilərin qəbul cədvəli

  • 24 İyun 2022
  • comments

Qida təhlükəsizliyi qanunu imzalandı

  • 24 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Avropa meydanlarında

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda