• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

  • 23 İyun 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı Şəhər Probasiya İdarəsi siyasətçi Tofiq Yaqublunun ata yurdu Gürcüstana səfərinə icazə verməyib. İyunun 23-də Novator.az-a danışan siyasətçi deyib ki, ölkədən çıxışına, anasının il mərasimində iştiraka razılıq verilməsi üçün müraciətinə rədd cavabı alıb: “2021-ci il iyulun 11-də anam vəfat edəndə ev dustağı idim, dəfnə, yasa getməyimə razılıq verilmədi. Suraxanı Rayon Məhkəməsinə üz tutdum, müraciətim təmin edilmədi, Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxladı, Ali Məhkəmə isə şikayətimə hələ də baxmayıb.

İndi şərti məhkumluq çəkirəm, üzərimdə nəzarətə məsul Bakı Şəhər Probasiya İdarəsinə müraciət etmişdim. İyunun 3-də göndərdiyim ərizədə anamın ilində iştiraka, məzarını ziyarət eləməyə razılıq istəmişdim. Yox cavabı gəldi. Məcburam yenə məhkəmə davası açam”.

1961-ci ildə Gürcüstanda, Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub.

Tofiq Yaqublu bəraət istəyi ilə Ali Məhkəməyə şikayət edib.

Gömrük statistikasının bəzi detalları

  • 23 İyun 2022
  • comments

Naxçıvanın sosial-iqtisadi göstəriciləri

  • 23 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda