Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi yeni hesabat yayıb. Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-may aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artıb. Sənayedə 1,7 faiz, sərmayə qoyuluşunda 1,2 faiz, kənd təsərrüfatında 3,6 faiz, informasiya və rabitə xidmətlərinin dəyərində 3,5 faiz, kreditlərin məbləğində 36,8 faiz yüksəlişin qeydə alındığı vurğulanır.
Açıqlamaya əsasən, muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula tələbat tamamilə yerli imkanlar hesabına ödənir.
Mayın 1-nə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 587,4 manat göstərilir.