Erməni futbolçu Henrix Mxitaryan İtaliyanın “İnter” komandası ilə 2 illik müqavilə imzalayır. Yarımmüdafiəçinin illik maaşının 3,5 milyon avro olacağı vurğulanır.
Novator.az bildirir ki, 1989-cu il təvəllüdlü Henrix Mxitaryan Yerevanın “Pünik” komandasının yetirməsidir. Donetskin “Metallurq” və “Şaxtyor”, Dortmundun “Borussiya” komandalarında oynayıb, həmçinin İngiltərədə “Mançester Yunayted”lə “Arsenal”ın, İtaliyada “Roma”nın formasını geyinib, 2007-2021-ci illərdə Ermənistan milli komandasında çıxış edib.