Azərbaycanda xarici ticarətin gömrük statistikası nələri əhatə edir?
Novator.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, xarici ticarət əlaqələrinə büdcə daxilolmaları; xarici iqtisadi fəaliyyət iştirakçıları; ticarət əməliyyatlarının həcmi; idxal-ixrac əməliyyatlarının həcminin ölkə qrupları, ölkələr, mal qrupları, əsas mallar, mülkiyyət növləri, sövdələşmə xarakterləri, daşınma vasitələri üzrə bölgüsü; gömrük hüquqpozmalarına qarşı mübarizə haqqında məlumatlar daxildir.
Gömrük statistikasının ümumi ticarət uçot sistemində bu mallar nəzərə alınmır: ölkə ərazisindən tranzit keçən mallar; müvəqqəti gətirilən (aparılan) mallar; müvəqqəti saxlanc proseduru altında yerləşdirilən mallar; gömrük anbarı, sərbəst zonada yerləşdirilən və ölkənin gömrük ərazisindən aparılmaq üçün nəzərdə tutulan daxili mallar; ölkənin ərazisində məhv edilən xarici mallar; səfirlik, konsulluq, beynəlxalq təşkilatların yanındakı nümayəndəliklərin və ölkənin xaricdə yerləşən digər rəsmi nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsi üçün aparılan mallar; xarici ölkələrin səfirlik, konsulluq və digər rəsmi nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsi üçün gətirilən mallar; xaricdə dislokasiya olunan hərbi hissələr üçün keçirilən mallar; xarici dövlətin ərazisindən keçməklə gömrük orqanları arasında daşınan daxili mallar; təbii fəlakət və digər fövqəladə vəziyyətlərin nəticələrini aradan qaldırmaq, qəza-xilasetmə tədbirlərini həyata keçirmək, o cümlədən zərərçəkmişlərə paylamaq və onlara yardım etmək məqsədilə keçirilən və sonradan qaytarılması nəzərdə tutulan mallar.
Bu mallar gömrük statistikasına daxil edilmir: miqdarı və ya dəyəri statistik müşahidə həddini aşmayan mallar; ölkə ərazisindən tranzit keçən və ya ölkə ərazisində yalnız boşaldılıb yüklənən mallar; müvəqqəti aparılan və ya gətirilən mallar; monetar qızıl, tədavüldə olan milli və xarici valyuta (numizmatika məqsədləri üçün istifadə edilənlərdən başqa), qiymətli kağızlar; mülkiyyət hüquqları rezidentdən qeyri-rezidentə sərhədi keçirilmədən verilən qeyri-maliyyə aktivləri; fiziki şəxslərin şəxsi istifadə üçün keçirdiyi, miqdarı və dəyəri qanunla müəyyən olunmuş həddən çox olmayan mallar; abunəçilərə göndərilən qəzet və jurnallar, digər dövri nəşrlər; xarici dövlətlərin diplomatik və digər nümayəndəliklərinin (səfirlik, konsulluq, elmi təşkilatlar və ya hərbi bazalar), həmçinin ölkə ərazisində yerləşən beynəlxalq təşkilatların keçirdikləri mallar; konkret müştərinin ehtiyacları üçün hazırlanmış proqram təminatı və ya identifikasiya oluna bilən istənilən tip orijinal əsər yazılmış məlumat daşıyıcıları; beynəlxalq daşımaları həyata keçirən nəqliyyat vasitələri; beynəlxalq daşımaları həyata keçirən nəqliyyat vasitələrinin normal istismarı üçün nəzərdə tutulan texniki təchizat vasitələri, yanacaq və digər mallar; nəqliyyat vasitəsi sərnişinlərinin və heyət üzvlərinin istifadəsi üçün nəzərdə tutulan ərzaq ehtiyatı və digər mallar; Azərbaycana məxsus və ya rezidentlərin icarəyə götürdüyü gəmilərin tutduğu və ya istehsal edərək ölkəyə gətirdiyi dəniz məhsulları; ölkənin gömrük sərhədlərindən kənarda yerləşən, Azərbaycana məxsus və ya rezidentlərin icarəyə götürdüyü nəqliyyat vasitələri üçün aparılan yanacaq və sürtgü materialları; texniki xidmət göstərməsi üçün sərhəddən keçirilən nəqliyyat vasitələri; təmir olunmaq üçün sərhəddən keçirilən nəqliyyat vasitələri; sərgi eksponatları; idman yarışları, tamaşalar və analoji tədbirlər üçün keçirilən mallar; girov əşyaları və öhdəliyi təmin edən digər vasitələr; mal nümunələri; rüsumsuz ticarət mağazalarına gətirilən xarici mallar; sərhəddən keçirilən malların daşınması üçün qablaşdırma materialları; əvvəllər hər hansı bir gömrük proseduru altında yerləşdirilərək gömrük statistikasına daxil edilən və sonradan ölkədən çıxarılmadan gömrük proseduru dəyişdirilən mallar.