Avqustun 1-dən oktyabrın 30-dək Ermənistanda hərbi vəzifəlilərin təlim toplanışı keçiriləcək. Novator.az-ın məlumatına görə, hökumətin 23 iyun qərarında toplanışa ehtiyatda olan 1444 nəfərin çağırılması nəzərdə tutulur. Onların 1249-u əsgər və praporşik, 65-i böyük praporşik, 130-u zabitdir.
Hərbi toplanış Motoatıcı Qoşunları, Mühəndis Qoşunları, Raket-Artilleriya Qoşunları, Kəşfiyyat Qoşunları və Rabitə Qoşunlarını əhatə edəcək.
Azərbaycanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu da ehtiyatda olan hərbi vəzifəlilərin 1-2 ayadək müddətə toplanışlara çağırılmasını nəzərdə tutur. Ehtiyatda olarkən toplanışlarda olmağın ümumi müddəti maksimum 18 aydır.