İyunun 21-də prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başlayıb. AZƏRTAC xəbər verir ki, paytaxt Daşkəndin beynəlxalq aeroportunda İlham Əliyevi Özbəkistanın baş naziri və digər rəsmi şəxslər qarşılayıb.
Dövlət başçısı Özbəkistan prezidenti Şövkət Mirziyayevlə birgə Daşkənddə Heydər Əliyev Meydanının açılışına qatılıb, Müstəqillik abidəsini ziyarət edib.
Sonra Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub. Özbəkistanın dövlət və hökumət nümayəndələri İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Şövkət Mirziyayevə təqdim edilib.
Ardınca prezidentlər məhdud tərkibdə bir araya gəliblər. Həmçinin geniş tərkibdə görüş keçirilib.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra bu sənədlər imzalanıb:
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında bəyannamə”;
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Məşğulluq və Əmək Münasibətləri Nazirliyi arasında anlaşma memorandumu”;
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında anlaşma memorandumu”;
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında saziş”.