• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ehtiyat bankın yaraşığıdır?

  • 21 İyun 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı Samir Əliyev Mərkəzi Bankın 6 iyun 2022-ci il qərarından yazıb. Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, həmin qərarla “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması qaydası” yenilənib: “Dəyişiklik nəticəsində məcburi ehtiyatların normaları (MEN) dəfələrdə artırılıb. Milli valyutada depozitlər üzrə MEN 0,5%-dən 4%-ə, xarici valyutada depozitlər üzrə 1%-dən 5%-ə qaldırılıb. Mərkəzi Bank bunun inflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin əlavə sterilizasiyası məqsədi daşıdığını qeyd edib.

2022-ci il mayın 1-nə bank sektorunda məcburi ehtiyatların həcmi 193,6 milyon manat olub. Yəni bu məbləğ sadəcə Mərkəzi Bankın hesablarında saxlanır. İndi isə MEN-in əhəmiyyətli artımı nəticəsində bu vəsaitin həcmi depozit qoyuluşunun artım tempindən asılı olaraq əhəmiyyətli dərəcədə artacaq. Bu o deməkdir ki, banklar vəsaitlərin daha çox hissəsini kredit qoyuluşuna yönəltmək əvəzində Mərkəzi Bankın hesabında passiv şəkildə saxlamalı olacaq. Bu, kredit resurslarının maya dəyərini artıracaq. Mərkəzi Bank bildirir ki, 6 iyun artımı bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmi 0,044% artırıcı təsir göstərir. Bankların öhdəliklərinin 80,4%-nin depozit portfeli olduğunu nəzərə alsaq, artırıcı təsirin daha yüksək olduğu görünər.

Bundan əvvəl MEN-ə dəyişiklik 2016-cı ildə edilmiş, xarici valyutada olan depozitlər üzrə faiz dərəcəsi 0,5%-dən 1%-ə qaldırılmış, qeyri-rezident bank və maliyyə təşkilatlarından, o cümlədən beynəlxalq maliyyə təşkilatlarından cəlb edilmiş vəsaitlər üzrə faiz dərəcəsi ləğv olunub (0,5% idi).

Mərkəzi Bankın yeni addımının bank sektoruna təsiri isə aşağıdakılar ola bilər:

– MEN faizini kompensasiya etmək üçün banklar, xüsusilə resurs qıtlığı olmayan iri banklar depozit faizlərini aşağı salmağa başlayacaq;

– xarici valyuta üzrə depozitlərin faiz dərəcələri sıfır həddinə yaxınlaşacaq;

– kreditlərin faiz dərəcələri arta bilər;

– bankların izafi likvidliyi bir qədər azalacaq;

– kiçik və depozitdən yüksək asılılığı olan banklar depozitlər üzrə faiz dərəcələrini saxlamağa çalışacaq, bu isə onların faiz gəlirlərini azaldacaq.

Talan dəyişikliyi

  • 21 İyun 2022
  • comments

“Məğlub olacaqlar, lənətlə yad ediləcəklər”

  • 21 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda