ABŞ prezidenti Cozef Bayden xarici ölkələrə növbəti səfərə çıxmağı planlaşdırır.
Novator.az saytı “Vaşinqton Post” qəzetinə istinadla bildirir ki, jurnalistlərlə söhbətində Bayden bu barədə deyib: “Mən Almaniyaya, İspaniyaya, İsrailə və Səudiyyə Ərəbistanına gedəcəm. Geniş spektrdə görüşlərim olacaq”.
Bu səfəri zamanı Ukraynaya da baş çəkib-çəkməyəcəyi haqda suala cavabında Bayden bildirib ki, Almaniya, İspaniya, İsrail və Səudiyyə Ərəbistanında olandan sonra, o, çox güman, birbaşa ABŞ-a qayıdacaq, yəni ehtimal ki, Ukraynaya getməyəcək.
Cozef Bayden qeyd edib ki, ümumiyyətlə onun Ukraynaya gedib-getməməsi belə bir səfərin ukraynalılara əlavə çətinliklər yaradıb-yaratmayacağı amilinə bağlı çoxsaylı şərtlərdən asılıdır.
ABŞ prezidenti Ukrayna prezidenti Vladimir Zelenski ilə sıx təmaslarını davam etdirdiyini, hər həftə üç-dörd dəfə Zelenski ilə danışdığını da söyləyib.
Mənbə: Washingtonpost.com