• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yenilənən büdcə nəyə işarədir?

  • 20 İyun 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

2022-ci ilin dövlət büdcəsində 26 milyard 816 milyon manat gəlir, 29 milyard 879 milyon manat xərc rəsmiləşib. Son hesabata əsasən, yanvar-may aylarında büdcəyə 12 milyard 442,4 milyon manat daxil olub, büdcədən 10 milyard 450 milyon manat xərclənib.

Hökumətin parlamentə təqdim etdiyi yeni layihədə büdcə gəlirlərinin 2 milyard 382 milyon manat, büdcə xərclərinin 2 milyard 425 milyon manat artırılması nəzərdə tutulur. Təsdiqlənmiş xərclər arasında aparılacaq 561 milyon manat dəyişiklik də hesablananda xərclərdə artım 2 milyard 986 milyon manat olur.

APA-nın məlumatına görə, iyunun 20-si Milli Məclis komitələrinin birgə iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, infrastruktur layihələrinə 1 milyard 447 milyon manat, yaşayış məntəqələri üzrə tədbirlərə 34 milyon manat, müdafiə və milli təhlükəsizlik sahəsinə 588 milyon manat, sosial müdafiə sahəsinə 519 milyon manat, ərzaq təhlükəsizliyi üzrə tədbirlərə 193 milyon manat, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərə 163 milyon manat, kommunal və kommunikasiya sahələrinə 42 milyon manat əlavə vəsait ayırmaq planlaşdırılır.

Novator.az bildirir ki, iqtisadçı Rövşən Ağayev büdcə gəlirlərinin təxminən 9 faiz artırılmasına diqqət çəkir: “Büdcəni böyüdən əsas amil yüksək inflyasiyadır. Bu faktı elə gömrük yığımlarına münasibətdə aydın görmək olur. Yeni büdcə layihəsində gömrük orqanlarına 335 milyon manat əlavə öhdəlik müəyyən edilib. 2022-ci ilin yanvar-aprel aylarının nəticələrinə görə, gömrük idxalı real ifadədə 5 faiz azaldığı halda qiymət yüksəlişi nəticəsində nominal ifadədə 20 faiz artım qeydə alınıb. Bu fakt göstərir ki, təkcə idxal mallarının bahalanması il ərzində cibimizdən 400 milyon manata yaxın əlavə pul çıxaracaq.

Azərbaycanın istehlak bazarının idxaldan yüksək asılılığı var. Bu asılılığın səviyyəsini nəzərə alanda idxalın real həcminin geriləməsi ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin düşməsi üzündən tələbin azalmasına işarədir. Yəni statistikanın yüksək artım rəqəmlərinə baxmayaraq əhalinin rifahı pisləşir. Azərbaycanda kəmiyyətcə iqtisadi böyümənin həyat səviyyəsi ilə əlaqəsinin indiki qədər itməsi son 15 ildə müşahidə edilməmişdi”.

Üsulun üsuldan fərqi

  • 20 İyun 2022
  • comments

Putin Navalnını sındırmağa çalışır – “Vaşinq...

  • 20 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda