• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Üsulun üsuldan fərqi

  • 20 İyun 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Azərbaycan parlamentinin proporsional üsulla seçilməsinə tərəfdardır.

1995 və 2000-ci illərdə Milli Məclisin 100 üzvü majoritar üsulla (dairələrdən), 25 üzvü proporsional üsulla (partiya siyahıları üzrə) seçilib. 2005-ci ildən başlayaraq tam majoritar sistem tətbiq olunur, 125 deputatın hamısı dairələrdən mandat alır.

Novator.az-ın məlumatına görə, Natiq Cəfərli seçki sistemi ilə bağlı şərhində qeyd edir ki, demokratik institutları, seçki ənənələri zəif ölkələrdə majoritar seçki üsulunun bir çox təhlükəsi, hətta riyazi qüsurları var: “Majoritar sistem siyasi partiyaların inkişafına, onların ideoloji platformaya oturmasına mane olur. İnstitusional olaraq zəif, ideoloji olaraq formalaşmayan ölkələrdə majoritar qaydada hətta demokratik seçki keçirsən, bunun ciddi təhlükələri ola bilər. Demokratiyanın yan təsirlərini, toksikliyini görə bilərik. Ola bilər Bakıda platformalar və ideyalar yarışsın, amma bölgələrdə demokratik majoritar sistem klanların, pulluların mübarizəsinə, xarici dövlətlərin müdaxiləsinə yol açar. “Ağsaqqallar” kimə işarə etsə, nəsilliklə ona səs verəcəklər. Xarici ölkələr isə şəxslərə maliyyə yardımı etməklə onların parlamentə düşməsinə nail ola bilər.

Majoritar sistemin riyazi qüsurları da var. Sadə bir misal: N saylı dairədə 40 min seçici var, həmin dairədən, tutalım, 10 namizəd qeydə alınır, seçkiyə 20000 seçici gəlir, birinci yeri tutub qalib olan namizəd 3000 min səs yığır, 17000 nəfərin səsi zibil qutusuna gedir. Ölkə üzrə proyeksiya etsək, majoritar sistemdə seçkiyə gələn vətəndaşların ən yaxşı halda 30 faizinin səsini alan namizədlər parlamentə düşür. Bu, anormal təmsilçilik şəraiti yaradır.

Proporsional sistemdə seçicilər siyasi partiyalara səs verirlər. Məsələn, seçki baryeri 5 faiz olsa, bu səddi keçən hər bir partiya parlamentdə təmsilçilik qazanır. Tutalım, baryeri 6 partiya keçir, onlar 8-30 faiz arası səs toplayırsa, bu, səsverməyə gələnlərin ümumilikdə 97 faizinin səsinin nəzərə alınması, təmsilçilik qazanması demək olur.

Proporsional seçki partiyaların təmərküzləşməsinə və ideoloji olmasına gətirir – indi siyasi partiyaların hansı məzhəbə qulluq etdiklərini ayırd etmək olmur. Məmləkətin sağlam inkişafı, indiki xaotik dünyada ölkəmizin çağırışlara, təhlükələrə cavab verməsi üçün proporsional seçki sistemi çox zəruridir”.

Yol niyə bağlıdır?

  • 20 İyun 2022
  • comments

Yenilənən büdcə nəyə işarədir?

  • 20 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda