UEFA-nın klub reytinqi açıqlanıb. Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində və sonrakı mərhələlərdə qələbə 2 xal, heç-heçə 1 xaldır. Qrup raundundan başlayaraq minimum 1, maksimum 5 bonus xalı da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır:
İngiltərə – 88,855 əmsal
İspaniya – 78,712
Almaniya – 67,856
İtaliya – 61,854
Fransa – 49,914
Niderland – 47,200
Portuqaliya – 45,049
Şotlandiya – 33,700
Avstriya – 29,900
Belçika – 28,800
Serbiya – 27,000
Rusiya – 26,215
Ukrayna – 24,600
Norveç – 23,250
İsveçrə – 23,175
Yunanıstan – 23,100
Çexiya – 22,300
Xorvatiya – 22,025
Danimarka – 21,925
Türkiyə – 20,300
Kipr – 19,375
İsrail – 18,750
İsveç – 17,500
Bolqarıstan – 15,500
Macarıstan – 14,750
Rumıniya – 14,250
Slovakiya – 13,750
Polşa – 13,000
Azərbaycan – 12,625
Qazaxıstan – 11,500
Sloveniya – 10,375
Belarus – 9,250
Moldova – 8,500
Kosovo – 8,166
Latviya – 7,875
Lüksemburq – 7,875
Bosniya – 7,750
Finlandiya – 7,625
Litva – 7,625
Ermənistan – 7,500
Şimali İrlandiya – 7,333
İrlandiya – 7,000
Gürcüstan – 6,875
Farer adaları – 6,500
Estoniya – 6,416
Malta – 5,625
Albaniya – 5,375
Uels – 5,000
Cəbəllütariq – 4,916
Lixtenşteyn – 4,500
Andorra – 4,499
İslandiya – 4,250
Şimali Makedoniya – 3,875
Monteneqro – 3,750
San Marino – 1,166.
Novator.az bildirir ki, 2022-2023 mövsümünə 54 UEFA üzvünün (Rusiya yarışlardan kənardır) ümumilikdə 233 komandası buraxılır, onların 78-i Çempionlar Liqasında, 21-i Avropa Liqasında, 134-ü Konfrans Liqasında yer alır. Çempionlar Liqasının ilkin, birinci mərhələlərində ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Avropa Liqasına köçür, Avropa Liqasının birinci və ikinci mərhələlərində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Konfrans Liqasına adlayır.