• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Həbs yerlərində aclıqdan yeni bilgi

  • 17 İyun 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Qobustan həbsxanasında aclıq edən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov həkim nəzarətindədir. Məhbusun həyat yoldaşı Leyla İsmayılzadə iyunun 16-da “Turan”a deyib ki, Talehin temperaturu düşmür: “O, həkim nəzarətinə alınıb. Səhhəti pisləşsə də, aksiyanı dayandırmaq fikrində deyil”.

Taleh Bağırov iyunun 3-dən aclıq aksiyası keçirir. O, mayın 20-də tutularaq az müddət Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmış Müsəlman Birliyi Hərəkatının üzvləri Mail Kərimov və Süleyman Ələkbərovun işgəncəyə məruz qaldığını, bu zaman hətta Allaha küfr edildiyini bildirir, belə əməllərə yol verən şəxslərin cəzalandırılmasını istəyir.

Müsəlman Birliyi Hərəkatının məlumatına görə, ayrı-ayrı həbs yerlərində Taleh Bağırovla həmrəylik aksiyalarına – aclığa bu dustaqlar qoşulub: Abbas Hüseynov, Cabbar Cabbarov, Seyfəddin Şirvanov, Cahad Babakişizadə, Vəli Allahverdiyev, Elşad İbrahimov, Elşən Abbasov, Razi Hümbətov, Əfqan Abbasov.

1984-cü il təvəllüdlü Taleh Bağırov 2011-2012 və 2013-2015-ci illərdə həbsdə olub.

O, 2015-ci ilin noyabrında yenidən tutulub, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə silahlanaraq hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi planlaşdırmaqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib, sonradan həbs yerində qadağan olunmuş əşyaların saxlanması, gəzdirilməsi, daşınması və istifadəsində təqsirli bilinərək daha beş ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

Neftsiz ixracın əsas ünvanları

  • 17 İyun 2022
  • comments

“İbrahim İbrahimli sübut etdi ki…”

  • 17 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Din
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda