İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli replika yayıb: “Hər dəfə marketə gedəndə yerli məhsul adına ən çox gözə dəyən çay olur. Fərqli adlarda, müxtəlif rənglərdə çay qutularına baxıb məmləkətin istehsalı ilə fəxr etmək istəyirsən ki, birdən rəsmi bilgilər yadına düşür.
2022-ci ilin yanvar-may aylarında Azərbaycan xaricdən 30 milyon dollarlıq çay alıb. Yerli məhsul adı altında satışda olan məhsulların, o cümlədən çayın tamamına yaxınının ancaq adı, üstündəki yazısı “yerlidir”, içi, qutusu, qutusunu bağlamaq üçün yapışqanı belə xaricdən alınır.
Daha bir məsələ. Ən çox qeyri-neft ixracı meyvə-tərəvəzdə olur. 2022-ci ilin ilk beş ayında 219 milyon dollarlıq ixrac həyata keçirilib, amma elə eyni dövrdə xaricdən 120 milyon dollarlıq meyvə-tərəvəz almışıq. Yəni bu sahədə “müsbət saldomuz” cəmi 99 milyon dollar olub”.