• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyanın nəfəsliyi

  • 16 İyun 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu Energetika və Təmiz Hava Tədqiqat Mərkəzinin hesabatına nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, hesabat Rusiyanın Ukraynadakı müharibənin ilk 100 günü ərzində – 2022-ci il fevralın 24-dən iyunun 3-dək yanacaq ixracından 93 milyard avro qazandığını göstərir: “Avropa İttifaqı ölkələri idxalın 61 faizini təşkil edib, bu da 57 milyard avroya bərabərdir. Ən böyük idxalçılar Çin (12,6 milyard avro), Almaniya (12,1 milyard avro), İtaliya, Niderland (hər ikisi 7,8 milyard avro), Türkiyə (6,7 milyard avro), Polşa (4,4 milyard avro), Fransa (4,3 milyard avro) və Hindistan (3,4 milyard avro) olub.

Qeyd olunur ki, bir çox ölkə Rusiya tədarükündən yayındığı üçün gəlirlər düşür. Hesabat müəllifləri Avropa İttifaqının Rusiya neftinə qismən sanksiya tətbiq etməsi nəticəsində gəlirlərin ildə təxminən 36 milyard dollar azalmasını gözləyir.

Rusiya iqtisadiyyatı neft-qaz gəlirləri hesabına yaşayır, onun nəfəsliyinin kəsilməsi bu gəlirlərin nə qədər tez və hansı həcmdə azalmasından asılıdır.

Qaz ixracı kəskin şəkildə azalıb, bu ilin sonunadək Avropanın Rusiyadan asılılığı daha da azaltmaq planları var. Müharibənin davam etməsi hərbi xərcləri daha da artırdığından Rusiyanın iqtisadi durumu xeyli ağırlaşacaq, bahalaşma sonda Rusiyada sosial gərginliyi daha da yüksəldəcək”.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır.

Fevralın 22-dən başlayaraq dünya birliyi Rusiyaya sanksiyalar tətbiq edir.

Avropa İttifaqına üzv 27 ölkənin dövlət və hökumət başçıları mayın 31-də Rusiyaya yeni sanksiyaları razılaşdırıb. Sanksiyalar Rusiyadan neft və neft məhsulları almağı ilin sonuna qədər 90 faiz azaltmağı nəzərdə tutur.

Koronavirus hesabatı

  • 16 İyun 2022
  • comments

Boş dairələrin nə qədər seçicisi var?

  • 16 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda