2022-ci ilin yanvar-may aylarında Azərbaycanın 15,4 milyard dollar dəyərində ixracı qeydə alınıb. Novator.az bildirir ki, ixracın 14,2 milyard dolları neft-qaz sektorunun payına düşüb.
Elektrik enerjisi ixracı 35 milyon dollar dəyərində rəsmiləşib.
Dövlət Gömrük Komitəsi qalan mallar üzrə statistikanı belə göstərir:
meyvə-tərəvəz – 219,2 milyon dollar
kimya sənayesi məhsulları – 159,7 milyon dollar
plastmas və ondan hazırlanan məmulatlar – 153,2 milyon dollar
pambıq lifi – 125,2 milyon dollar
alüminium və ondan hazırlanan məmulatlar – 121,6 milyon dollar
qara metallar və onlardan hazırlanan məmulatlar – 59,3 milyon dollar
pambıq iplik – 22 milyon dollar
bitki və heyvan mənşəli piylər və yağlar – 13,7 milyon dollar
sement – 9,5 milyon dollar
şəkər – 9,2 milyon dollar
tərəvəz və meyvələrin emal məhsulları – 8,7 milyon dollar
çay – 5,1 milyon dollar
alkoqollu və alkoqolsuz içkilər, sirkə – 4,6 milyon dollar
digər mallar – 241,1 milyon dollar.