• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakıda “Tərtər işi” aksiyası

  • 16 İyun 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

“Tərtər işi” adı ilə tanınan cinayət işi üzrə həbs edilmiş bəzi şəxslərin yaxınları iyunun 16-sı Bakının Nərimanov rayonunda, Respublika Hərbi Prokurorluğunun inzibati binası qarşısında aksiya keçiriblər. “Turan”ın məlumatına görə, onlar obyektiv istintaq, haqsız tutulanların azadlığa buraxılması, günahkarların cəzalandırılması tələbləri qoyublar. Əsas tələblərdən biri ölkənin hərbi prokuroru Xanlar Vəliyevin istefası olub.

2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirmişdi ki, Tərtər rayonu istiqamətində bir qrup hərbi qulluqçu və mülki şəxs hərbi sirr təşkil edən məlumatları xarici düşmənə ötürüb, toplanmış materiallar əsasında 3 may 2017-ci ildə Hərbi Prokurorluqda cinayət işi başlanıb, bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib.

“Tərtər işi” adı ilə tanınan bu iş üzrə yüzlərlə hərbi qulluqçu ermənilərlə məxfi əməkdaşlıqda şübhəli bilinməklə fiziki təsirlərə və qanunsuz sorğuya məruz qalıb, bir çox şəxs xəsarətlər nəticəsində həlak olub.

2021-ci il dekabrın 18-də Baş Prokurorluq məlumat yayaraq bildirib ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçular 2017-ci ilin may-iyun ayları ərzində qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri onların ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar: “Hərbi Prokurorluqda həmin faktlarla bağlı cinayət işləri başlanaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb məhkəmələrə göndərilib, onlar müxtəlif cəzalara məhkum ediliblər.

2021-ci il dekabrın 16-da Baş Prokurorluqda cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib. Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq baş prokurorun xüsusi nəzarətinə götürülüb”.

“Tərtər işi”: yeni həbslər var

“Tərtər işi”: dairə böyüyür

Qlobal Bakı Forumu başlayıb

  • 16 İyun 2022
  • comments

Niyə Rusiya-Çin əlaqələri demokratik ölkələri nara...

  • 16 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda