• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yığmanın yaxın tarixi

  • 14 İyun 2022
  • comments
  • hikmet
  • Posted in AktualXəbər

Novator.az Azərbaycan milli futbol komandasının 2020-2022-ci illərdəki oyunlarının siyahısına nəzər salıb.

2020-ci il iyulun 10-dan milliyə italyan Canni De Byazi baş məşqçilik edir. Yığma onun dövründə 3 qələbə əldə edib, 16 məğlubiyyət alıb, 7 oyunu heç-heçə bitirib.

2020-ci ildə UEFA Millətlər Liqasının qrup raundunda Lüksemburqla 1:2 və 0:0, Kiprlə 0:0 və 1:0, Monteneqro ilə 0:0 və 0:2 hesabları qeydə alınıb.

2021-ci ildə dünya çempionatının seçmə mərhələsində yığma bu nəticələrə imza atıb: Portuqaliya – 0:3 və 0:1, Serbiya – 1:2 və 1:3, İrlandiya – 0:3 və 1:1, Lüksemburq – 1:3 və 1:2.

2022-ci ildə UEFA Millətlər Liqasının qrup mərhələsində Qazaxıstanla 0:2, Belarusla 2:0, 0:0, Slovakiya ilə 0:1 hesabları rəsmiləşib.

2020-ci ildə Sloveniya (0:0), 2021-ci ildə Qətər (2:2, 1:2), Türkiyə (1:2), Moldova (0:1), Belarus (2:1), 2022-ci ildə Malta (0:1) və Latviya (0:1) ilə yoldaşlıq görüşləri keçirilib.

1956-cı il təvəllüdlü Canni De Byazi futbolçu karyerası ərzində ölkəsində bir çox klubun, o cümlədən “İnter”, “Peskara”, “Breşia”, “Palermo”, “Viçensa” komandalarının yarımmüdafiəçi olub.

Məşqçi kimi Canni De Byazi bir çox komandada, o cümlədən İtaliyanın “Karpi”, SPAL, “Modena”, “Breşia”, “Torino”, “Udineze”, İspaniyanın “Levante”, “Alaves” klublarında çalışıb, Albaniya milli komandasına baş məşqçilik edib.

Milli komandanın sükanı arxasında 1992-1993-cü illərdə Ələkbər Məmmədov, 1994-1995-ci illərdə Ağasəlim Mircavadov, 1995-1996-cı illərdə Kazbek Tuayev, 1997-1999-cu illərdə Vaqif Sadıqov, 1999-2000-ci illərdə Əhməd Ələsgərov, 2000-2001-ci illərdə İqor Ponomaryov, 2002-2004-cü illərdə Əsgər Abdullayev, 2004-2005-ci illərdə Karlos Alberto Torres, 2005-2007-ci illərdə Şahin Diniyev, 2008-2014-cü illərdə Berti Foqts, 2014-2017-ci illərdə Robert Prosineçki, 2017-2018-ci illərdə Qurban Qurbanov, 2019-cu ildə Nikola Yurçeviç dayanıb.

“Qarabağ”ın ilk rəqibi bilindi

  • 14 İyun 2022
  • comments

“Avroviziya 2023”ə razılıq verənlər

  • 14 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda