• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Taleh Bağırovun səhhətində problemlər yaranıb

  • 13 İyun 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Qobustan həbsxanasında aclıq aksiyasını davam etdirən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov iyunun 13-də evinə zəng vurub. Məhbusun həyat yoldaşı Leyla İsmayılzadə “Turan”a deyib ki, telefon danışığı zamanı Talehin səsində yorğunluq hiss olunub: “İki gündür onun temperaturu yüksəlib, başı gicəllənir, gözləri qaralır”.

Özünün “Facebook” səhifəsində məlumat yayan Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımov da Taleh Bağırovun səhhətində problemlər yarandığını qeyd edib.

Taleh Bağırov iyunun 3-dən aclıq aksiyası keçirir. O, mayın 20-də tutularaq az müddət Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmış Müsəlman Birliyi Hərəkatının üzvləri Mail Kərimov və Süleyman Ələkbərovun işgəncəyə məruz qaldığını, bu zaman hətta Allaha küfr edildiyini bildirir, belə əməllərə yol verən şəxslərin cəzalandırılmasını istəyir.

Hazırda ayrı-ayrı həbs yerlərində daha 7 məhbusun Taleh Bağırovun tələbinə qoşularaq aclıq aksiyası keçirdiyi bildirilir: Abbas Hüseynov, Seyfəddin Şirvanov, Cahad Babakişizadə, Firudin Zeynalov, Fariz Məmmədov, Allahverdi Ruzbekar, Vəli Əkbərzadə.

1984-cü il təvəllüdlü Taleh Bağırov 2011-2012 və 2013-2015-ci illərdə həbsdə olub.

O, 2015-ci ilin noyabrında yenidən tutulub, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə silahlanaraq hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi planlaşdırmaqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib, sonradan həbs yerində qadağan olunmuş əşyaların saxlanması, gəzdirilməsi, daşınması və istifadəsində təqsirli bilinərək daha beş ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

Hekayəmi İstanbulda xatırladım…

  • 13 İyun 2022
  • comments

İkinci tura üç qüvvə gedir

  • 13 İyun 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Din
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda