Fransada parlamentin aşağı palatasına – Milli Məclisə seçkinin ikinci turuna üç siyasi qüvvə vəsiqə alıb. Novator.az bildirir ki, iyunun 19-na təyin olunan həmin səsverməyə prezident Emmanuel Makronun İntibah Partiyası və müttəfiqləri; Sosialist Partiyası, Kommunist Partiyası, Fəthedilməz Fransa Partiyası və başqa solçuları birləşdirən blok; ifrat sağ qüvvə – Milli Birlik Partiyasının namizədləri qatılır.
Milli Məclis 577 təkmandatlı dairə üzrə formalaşır. İyunun 12-də keçirilmiş birinci tur 5 dairədə qalibi müəyyənləşdirib – hakim qüvvədən 1, solçu müxalif blokdan 4 namizəd sadə səs çoxluğu (50 faiz+) ilə üstün gəlib. İkinci turda qələbə üçün nisbi səs çoxluğu kifayət edir.
12 iyun səsverməsini İntibah Partiyası və müttəfiqləri 25,7 faiz, solçu blok 25,6 faiz, Milli Birlik Partiyası 18,6 faiz səslə bitirib.
Emmanuel Makron 2017 və 2022-ci illərdə prezident mandatı alıb. İntibah Partiyası və müttəfiqləri 2017-ci ildə seçilmiş indiki parlamentdə çoxluqdadır. Baş nazir postunu Elizabet Born tutur.