UEFA Millətlər Liqasının 2022-2023 mövsümündə qrup mərhələsinin iki turu geridə qalıb. Azərbaycan yığması C divizionunun 3-cü qrupunda yarışır: Qazaxıstanın 6, Slovakiyanın 3, Belarus və Azərbaycanın 1 xalı var.
Reqlamentə görə, A, B, C divizionlarında qrup zəifləri aşağı diviziona enəcək, B, C, D divizionlarında qrup qalibləri yuxarı diviziona yüksələcək, A, B, C divizionlarının ümumilikdə 3 güclü komandası 2024-cü ilin Avropa çempionatına vəsiqə alacaq.
2023-cü ilin iyun ayına təyin olunmuş final mərhələsinə A divizionu qruplarının qalibləri çıxacaq.
Novator.az bildirir ki, A divizionunun 1-ci qrupunda Danimarka, 2-ci qrupunda Portuqaliya, 3-cü qrupunda İtaliya, 4-cü qrupunda Niderland öndədir.
B divizionunun 1-ci qrupunda Şotlandiya, 2-ci qrupunda İslandiya, 3-cü qrupunda Finlandiya, 4-cü qrupunda Norveç liderdir.
C divizionunun 1-ci qrupuna Türkiyə, 2-ci qrupuna Yunanıstan, 4-cü qrupuna Gürcüstan başçılıq edir.
D divizionunun 1-ci qrupunda Latviya, 2-ci qrupunda Malta zirvədə qərarlaşıb.
Millətlər Liqası 2018-ci ildən keçirilir. 2018-2019 mövsümünü Portuqaliya, 2020-2021 mövsümünü Fransa udub.